İbrahim Mustafayev (mayor)
İbrahim Mustafayev (1909–1944) — peşəkar hərbçi-zabit, Sovet Ordusunun qvardiya mayoru. Böyük Vətən müharibəsində həlak olmuşdur.
İbrahim Mustafayev | |
---|---|
Mustafayev İbrahim Yusif oğlu rus.: Мустафаев Ибрагим Юсуф-оглы | |
İbrahim Mustafayev | |
İbrahim Mustafayev. | |
Doğum tarixi | 15 aprel 1909 |
Doğum yeri | Nuxa (indiki Şəki) , Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat yeri | 26 oktyabr 1944 (35 yaşında) |
Hərbi fəaliyyəti | |
Rütbə |
Mayor |
Təltifləri |
Haqqında məlumatlar
15 aprel 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
3 oktyabr 1931-ci il tarixdən Sovet Ordusunda xidmətə başlayıb. 1936-cı ildə leytenant, 1937-ci ildə baş leytenant, 1940-cı ildə kapitan, 1942-ci ildə mayor hərbi rütbəsini alıb. Böyük Vətən müharibəsdində (1941–1945) iştirak edib. 26 oktyabr 1944-cü il tarixdə – Macarıstanda, alman-faşist işğalçıları ilə döyüşdə həlak olub. Nəşi döyüş meydanından yalnız 7 noyabrda götürülüb və Macarıstanın Nyiredxaza şəhərinin “Qardaşlıq qəbiristanlığı”nda, dəfn edilib (daha sonra bu qəbiristanlıqda dəfn edilmiş bütün şəxslərin qalıqları Macarıstanın Debretsen şəhərində yerləşən sovet hərbi hissəsinin ərazisindəki qəbiristanlığa köçürülmüşdür).
Təltif və mükafatları
- II dərəcəli “Vətən Müharibəsi” ordeni (25.12.1943);
- I dərəcəli “Vətən Müharibəsi” ordeni (15.05.1944);
- “Döyüş xidmətlərinə görə” medalı (ölümündən sonra, 03.11.1944);
- “Qırmızı Ulduz” ordeni (ölümündən sonra, 05.11.1944);
- “Qafqazın müdafiəsinə görə” medalı (ölümündən sonra, 02.06.1945).
Ədəbiyyat
- Лейла бегим. Гвардии майор Ибрагим Юсуф оглы Мустафаев : [arx. 15.07.2021] : [rus.] // YOLDAŞ:Азербайджан в Великой Отечественной войне. — Müraciət tarixi: 15.07.2021.