Əhməd Rəşidov
Əhməd Rəşidov (Rəşidov Əhməd İsmayıl oğlu; d. 23 sentyabr 1918-ci ildə, Nuxa, Nuxa qəzası, Gəncə quberniyası, Azərbaycan Cümhuriyyəti, – ö. 13 noyabr 1982-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – jurnalist, 1948-ci ildə nəşrə başlamış “Mingəçevir inşaatçısı” qəzetinin ilk redaktoru. Digər qəzet və jurnal redaksiyalarında da çalışmış, o cümlədən, 1958 – 1981-cı illərdə “Bakı” axşam qəzeti redaktorunun müavini olmuşdur.
Əhməd Rəşidov | |
---|---|
Rəşidov Əhməd İsmayıl oğlu | |
Əhməd Rəşidov, 1978-ci il | |
Doğum tarixi | 23 sentyabr 1918 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Gəncə quberniyası, Azərbaycan Cümhuriyyəti |
Vəfat tarixi | 13 noyabr 1981 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu; Sov.İKP MK yanında Ali Partiya Məktəbi(ru) (Moskva) |
Mükafatları |
Haqqında məlumatlar
23 sentyabr 1918-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
Bakıda V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbində(ru) təhsil alıb.
Əmək fəaliyyəti
1939 – 1960-cı illərdə əvvəl 10 №-li Nuxa şəhər, sonra isə Kiçik Dəhnə kənd məktəblərində müəllim, Nuxa İpəkçilik Texnikumunda əvvəl müəllim, sonra direktor, Nuxa Rayon Təhsil Şöbəsinin direktoru, Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı, “Nuxa fəhləsi” qəzetinin məsul katibi, Azərbaycan SSR Radioverilişləri Komitəsində redaktor, “Mingəçevir inşaatçısı” qəzetinin redaktoru, Azərbaycan KP MK-nın “Kommunist” qəzetində məsul katib, “Təbliğatçı” jurnalı redaksiyasında isə şöbə müdiri, Azərbaycan SSR Teleqraf Agentliyinin tərcümə şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb.
1958 – 1981-cı illərdə “Bakı” axşam qəzetinin redaksiyasında redaktor müavini olub.
Təltifləri
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 20 iyul, 1956-cı il;
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, 10 yanvar 1968-ci il;
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı, 8 may 1975-ci il;
- Bakı şəhər Xalq Deputatları Sovetinin fəxri fərmanı, 3 oktyabr, 1978-ci il.
Ədəbiyyat
- Rəşidov İ., Rəşidov R., Sadiq F. Jurnalist ömrü (azərb.) // Mingəçevir işıqları : qəzet. — Mingəçevir, 2003. — В. 27 sentyabr. — № 31 (5961). — Səh. 5.
Aidiyyəti linklər
- "Allah saxlayanda, saxlayır". modern.az (azərb.). modern.az. 6 Noyabr 2014. 5 Jul 2020 tarixində arxivləşdirilib.