Şəfiqə Axundova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:20, 26 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şəfiqə Axundova
Axundova Şəfiqə Qulam qızı
Şəfiqə Axundova
Şəfiqə Axundova, 2010-cu il
Şəxsi məlumatlar
Doğum tarixi 21 yanvar 1924(1924-01-21)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 26 iyul 2013 (89 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Peşəsi bəstəkar

Təhsili Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973 Azərbaycan SSR dövlət mükafatı
“Şöhrət” ordeni (Azərbaycan) — 2005"Şərəf Nişanı" ordeni  — 1959 "Əmək veteranı" medalı Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı
Commons-logo.svg Commonsda da Şəfiqə Axundova ilə əlaqəli mediafayllar var

Şəfiqə Axundova (Axundova Şəfiqə Qulam qızı; d. 21 yanvar 1924-cü ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 26 iyul 2013-cü ildə, Bakı, Azərbaycan Respublikası) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının xalq artisti (1998). Şərqdə opera yazmış ilk qadın bəstəkar[1].

Haqqında məlumatlar

21 yanvar 1924-cu il tarixdə Nuxada, tanınmış mədəniyyət xadimi Qulam Axundovun ailəsində anadan olub[2].

Təhsili

1943 – 1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi məktəbində ilk musiqi təhsilini alıb.

1956-cı ildə təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirməyə başlayıb və Boris Zeydmanın sinfini bitirib[3].

Yaradıcılığı

1972-ci ildə «Gəlin qayası» operasını yazıb (Süleyman Rəhimovun eyniadlı povestinin motivləri əsasında). Bu bütün Şərqdə qadın tərəfindən yazılmış ilk opera idi[1].

Vəfatı

Həyatının son illərində Şəfiqə Axundovanın səhhəti xeyli pisləşmişdi. Ayaqlarında, nitqində və yemək qəbulunda problemlər yaranmışdı. 11 iyul 2013-cü il tarixdə Şəkidə olarkən səhhəti qəflətən daha da pisləşmiş, əvvəl Şəki Mərkəzi rayon Xəstəxanasının, sonra isə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, növbəti günlərdə vəziyyəti bir qədər yaxşılaşsa da, 26 iyul tarixdə saat 12 radələrində reanimasiya şöbəsində vəfat etmişdir. 27 iyul tarixdə Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunmuş vida mərasimindən sonra Fəxri Xiyabanda dəfn edilmişdir[4].

Təltif və mükafatları

Filmoqrafiya

  1. Azərbaycan elləri (film, 1976).
  2. Mənim atam Əliövsət Sadıqov (film, 2007).
  3. Bəstəkar Şəfiqə Axundova (film, 2012).

İstinadlar

  1. 1,0 1,1 Şərqdə ilk opera bəstələyən qadın- Şəfiqə Axundova vəfat edib. // az:BBC. 26.07.2013  (azərb.)
  2. 2,0 2,1 Скончалась композитор Шафига Ахундова.
  3. 3,0 3,1 Ахундова, Шафига Гулам-кызы // Большая русская биографическая энциклопедия (электронное издание). — Версия 3.0. — М.: Бизнессофт, ИДДК, 2007.
  4. Состоялась церемония прощания с композитором Шафигой Ахундовой

Şablon:Yaxşı məqalə