Adil Qeybulla

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni 'Adil Abülfət oğlu Qeybulla (Adil Qeybullayev) 1962-ci il fev- ralın 4-də Şəki rayonunun Kiş kəndində anadan olub. 1978-ci ildə Kiş kənd orta mək- təbin 10-c...' ilə yarat) tərəfindən edilmiş 02:58, 30 iyul 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Adil Abülfət oğlu Qeybulla (Adil Qeybullayev) 1962-ci il fev- ralın 4-də Şəki rayonunun Kiş kəndində anadan olub. 1978-ci ildə Kiş kənd orta mək- təbin 10-cu sinfini qızıl medalla bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-pro- filaktika fakültəsinə daxil olub və 1984-cü ildə həmin institutu müalicə işi ixtisası üzrə əla qiymətlər- lə bitirib. Təhsil müddətində Lenin təqaüdçüsü olub. 1984-1985-ci ildə Musa Nağıyev adına Bakı Şəhər Kliniki Təcili Tibb Yardımı Xəstəxanasında cərrahlıq ixtisası üzrə bir illik internatura keçib. 1985-ci ilin avqustundan 1986-cı ilin sentyabrına kimi M.A.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahlıq İnstitutunun (Respublika Cərrahlıq Elmi Mərkəzinin – RCEM) mikrocərrahlıq şöbəsində həkimcərrah vəzifəsində çalışıb. 1986-cı ilin oktyabrında cərrahlıq ixtisası üzrə aspiranturaya daxil olub. 1988-ci ilin oktyabrında professor V.C.Seyidovun rəhbərliyi ilə vaxtından 1 il əvvəl namizədlik dissertasiyasını müdafiə edib. 1988-ci ilin dekabrından 1990-cı ilin fevralına qədər Tibb Universitetinin II ümumi cərrahlıq kafedrasında işləyib. Elmi-tədqiqat işinin nəticəsi kimi qida borusunun rekonstruktiv-bərpaedici operasiyaları zamanı operasiyaönü, intraoperasion və operasiyadan sonrakı yaxın dövrlərin aparılmasının yeni üsulunu işləyib hazırlayıb və müəlliflik şəhadətnaməsi alıb. Bu məqsədlə həmin işi davam etdirmək və başa çatdırmaq üçün 1990-cı il fevralında Topçubaşov adına institutun torakal cərrahlıq şöbəsinə elmı işçi vəzifəsinə keçirilib. 1991-ci ilin başlanğıcında həmin iş üzrə fermentlərin başa çatdırılması və dissertasiya müdafiəsi üçün SSRİ Tibb Elmələri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin (hazırda N.N.Bloxun adına Ru- siya Tibb Elmələri Akademiyası Onkoloji Elmi Mərkəzinin) torakal cərrahlıq şöbəsinə elmi ezamiyyətə göndərilib. 1992-ci ilin martın 12-də Bloxin adına mərkəzdə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ilin mayından sentyabrına qədər Azərbaycan Tibb Universitetinində struktur islahatları gedərkən II ümumi cərrahlıq kafedrası ləğv edilib və A.Qeybulla müvəqqəti olaraq Bakı Travmatologiya və Ortopediya İnstitutunun plastik cərrahlıq və irinli-sümük infeksiyası şöbəsində baş elmi işçi vəzifəsində işləyib. 1992-ci ilin sentyabrından Tibb Universitetin cərrahi xəstəliklər kafedrasına professor vəzifəsinə qəbul edilib. 1993-cü ilin yanvarında bu vəzifəyə müsabiqə yolu ilə seçilib və 2001-ci ilin sonuna qədər həmin vəzifədə işləyib. 2001-ci ildə avtomobil qəzası törətməkdə ittiham edilərək məhkəmə hökmü ilə azadlığı məhdudlaşdırılıb. 2003-cü ilin yanvarında prezident fərmanı ilə əfv olunub. 2005-ci ilin yanvar-fevral aylarında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Diplomdansonrakı Tibb Təhsili Akademiyasında (MAPO) “Pekonstruktiv, plastik və estetik cərrahlıq” üzrə sikli bitirib. 2005-ci ilin martından sentyabrına kimi «ÖMÜR» özəl-tibb mərkəzində estetik-plastik cərrahlıq şöbəsinə rəhbərlik edib. Daha sonra “Loğmed” özəl klinikanın baş həkimi vəzifəsində çalışıb. 1 elmlər namizədi hazırlayıb. Respublikada ilk dəfə onun rəhbərliyi ilə Azərbaycan Neft Akademiyası və Bakı Dövlət Universiteti ilə müştərək tibdə, xüsusilə də cərrahlıqda kibernetik sistemlərin (diaqnostik ekspert sistemləri, fəsadların və ölüm hallarının proqnozlaşdırılmasının riyazi modelləşdirilməsi) öyrənilməsi üçün mütəxəssislər qrupu yaradılıb. Həmin qrupda doktorluq və namizədlik işləri yerinə yetirilir. 120-dən çox çap olunmuş elmi işi var, o cümlədən 5 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 1 elmi-kütləvi kitab və 10 metodik tövsiyələr və 2 ixtirası var. Dəfələrlə beynəlxalq elmi-tibbi simpoziumlarda, konqresslərdə, qurultaylarda və konfranslarda məruzə ilə çıxış edib. Evlidir, iki övladı var.