Dürrə Məmmədova
Jump to navigation
Jump to search
Dürrə Məmmədova | |
---|---|
Dürrə Əlabbas qızı Məmmədova | |
Anadan olub | 25 dekabr 1923 |
Anadan olduğu yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
Məmmədova Dürrə Əlabbas qızı — II dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Azərbaycan SSR əməkdar səhiyyə işçisidir (1981).
Həyatı
Dürrə Məmmədova 25 dekabr 1923-cü ildə Şəki şəhərində anadan olub. 1940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirib. Müharibənin ilk günlərindən könüllü cəbhəyə gedib, Qara Dəniz Donanmasında 43 №-li hərbi hospitalda xidmət edib, Novorossiysk şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə 18-ci Ordunun tərkibində tibb işçisi kimi iştirak edib. 1948-ci ildə ordudan tərxis olunub. 1949-1951-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq), 1951-1961-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib. 1961-ci ildən Bakıda, Baş Aptekler İdarəsi sistemində çalışıb.
Mükafatları
- "Qırmızı Ulduz"
- II dərəcəli "Vətən müharibəsi" ordeni
- SSRİ tibb xidməti əlaçısı
- Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981).
- Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali mükafatı olan "Florens Naytingel" medalı (2005)
İstifadə edilmiş mənbələr
- Mete Ə. Şəfqətli döyüşlər // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 355 – 356. — 500 nüsx.
- Naibə (7 – 10 may, 2011). "Qələbə günündən qələbə gözləntisi". http://anl.az/ (azərb.). “Həftə içi” qəzeti. 23 Dec 2020 tarixində arxivləşdirilib.