Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Ənisə Xəlifəzadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:46, 2 fevral 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ənisə Xəlifəzadə
Xəlifəzadə Ənisə Müzəffər qızı
Ənisə Xəlifəzadə
Ənisə Xəlifəzadə.
Doğum tarixi 25 iyul 1932(1932-07-25)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 18 avqust 2016 (84 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi, geologiya bölməsi (1951 – 1956)

Ənisə Xəlifəzadə (1932 – 2016) — tanınmış geoloq, Azərbaycan SSR EA Coğrafiya İnstitutunun elmi işçisi.

Haqqında məlumatlar

25 iyul 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Orta məktəbi Nuxada bitirib.

1951 – 1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin geologiya bölməsində təhsil alıb.

Əmək fəaliyyəti

1956 -1985-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda çalışıb, o cümlədən,

1956-cı ildə Dağıstan hidrogeoloji partiyasında hidrogeoloq,

1957-ci ildə Azərbaycan SSR Geologiya İdarəsinin Dağlıq Qarabağ Mehman geoloji partiyasında hidrogeoloq,

1958 – 1979-cu illərdə hidrogeoloji partiyanın Şirvan sahəsində aparıcı hidrogeoloq,

1980 – 1985-ci illərdə Alazan – Əyriçay sahəsində aparıcı hidrogeoloq olub.

1985-ci ildə əmək təqaüdünə çıxıb.

Vəfatı

18 avqust 2016-cı il tarixdə – 84 yaşında, Bakıda vəfat edib. Bakıda dəfn olunub.

Ailəsi

Həyat yoldaşı Nemət Əhmədov da geoloq idi, iki qızları olub.

Şablon:Yaxşı məqalə