Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacıoğlu | |
---|---|
Hacıyev Məmmədkəbir Hacı oğlu | |
Məmmədkəbir Hacıoğlu. | |
Ləqəbi | Hacıoğlu |
Doğum tarixi | 1906 |
Doğum yeri | Nuxa (indiki Şəki), Yelisavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 12 iyun 1977 (71 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyət illəri | 1920–1977 |
Mükafatları |
Məmmədkəbir Kərimov — tanınmış teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti.
Həyatı
Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur.[1]
Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir.[1]
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
İstinadlar
- ↑ 1,0 1,1 (Rəhimli, 2017, s. 286–287)