Arzu Abdulhəmidov
Arzu Abdulhəmidov | |
---|---|
Abdulhəmidov Arzu Əhməd oğlu | |
Arzu Abdulhəmidov. | |
Anadan olub | 14 avqust 1956 |
Anadan olduğu yer | Kirovabad (indiki Gəncə), Azərbaycan SSR, SSRİ |
Atası | Əhməd Abdulhəmidov |
Anası | Solmaz Abdulhəmidova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | mühəndis-mexanik |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1974–1979) |
Arzu Abdulhəmidov — tanınmış ictimai-siyasi fəal, iş adamı, “Şəki Sərnişin” ASC-nin sədri. Bir neçə dəfə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.
Haqqında məlumatlar
14 avqust 1956-cı il tarixdə Kirovabad (indiki Gəncə) şəhərində anadan olub.
Təhsili
1963 − 1973-cü illərdə Nuxa/Şəki şəhər 11 №-li orta məktəbində,
1974 – 1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad) təhsil alıb.
Əmək fəaliyyəti
1980-cı ildə Şəki 2717 №-li Avtodəstədə 2-ci dərəcəli çilingər kimi əmək fəaliyyətinə başlayıb, daha sonra həmin müəssisədə müxtəlif vəzifələrdə çalışıb.
12 dekabr 1991-ci il tarixdən Şəki 2717 №-li Avtodəstənin rəisi,
1997-ci ilin əvvəllərindən isə regional (Balakən-İsmayıllı) Avtonəqliyyat İstehsalat Birliyinin baş direktoru olub.
1998-ci ildə birinci Dövlət Özəlləşmə Proqramının həyata keçirilməsi ilə əlaqədar yaranmış yeni müəssisənin – “Şəki Sərnişin” ASC-nin sədri vəzifəsinə seçilib.
İctimai-siyasi aktivliyi
1990-cı ildə Şəki Şəhər Sovetinin deputatı,
1999 – 2014-cü illər arasında üç dəfə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib. Şəki şəhər bələdiyyəsinin üzvü olarkən, birinci dəfə iqtisadiyyat, ikinci və üçüncü dəfələrdə isə ekologiya komissiyasının sədri olmuşdur.
1997-ci ilin aprel ayında Avtomobil Nəqliyyatı Nazirliyinin (Azəravtonəqliyyat Dovlət Konserninin) kollegiya üzvü seçilib.
2020-ci ildə – 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin seçkinin başlanmasınadək namizədliyini geri götürmüşdür.
Ailəsi
Ailəlidir, iki oğlu və iki nəvəsi var.