Əliabbas Qədimov
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:21, 27 iyun 2020 tarixli dəyişiklik
Əliabbas Qədimov | |
---|---|
Anadan olub | 1887 |
Anadan olduğu yer | Şəki |
Vəfat edib | 28 sentyabr 1937 |
Vəfat etdiyi yer | Bakı |
Vəfat səbəbi | Repressiya |
Təhsili | Kazan Universiteti (1906-07), İstanbul Universiteti, 1916[1] |
Qədimov Əlabbas Əli oğlu (Şəki 1887-28.9.1937)
Şəkidə doğulmuş, Kazanda və Türkiyədə ali təhsil almış, oranın ən tanınmış təbibləri, həmçinin yurddaşımız Əli Bəy Hüseynzadə ilə birgə çalışmışdır. Vətənə döndükdən sonra yurdumuzun müxtəlif bölgələrində insanlara şəfa vermiş, eyni zamanda, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mücadilə aparmışdır. Bu səbəbdən də dəfələrlə kommunist zindanına atılaraq dözülməz işgəncələrə məruz qalmış, sonda güllələnmişdir. Bu da azmış kimi, görkəmli ziyalı Əliabbas Əli oğlu Qədimovun adı uzun müddət millətimizə unutdurulmuşdur. 1936-cı il dekabrın 8-də 1747 saylı orderlə həbs edilib[2]