Əsgər Xəlilov
Əsgər Xəlilov | |
---|---|
Əsgər Sabir oğlu Xəlilov | |
Əsgər Xəlilov | |
Doğum tarixi | 4 may 1955 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | Azərbaycan |
Təhsili | Moskva Ali Sərhədçilər Məktəbi (1972 – 1976); SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbi (1978 – 1980) |
Hərbi fəaliyyəti | |
Rütbə | general-leytenant |
Vəzifəsi | Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017 – 2020 ) |
İstefada | 27 fevral 2020 |
Təltifləri | Şablon:"Rəşadət" ordeni Şablon:"Hərbi xidmətlərə görə" Şablon:"Vətən uğrunda" |
Əsgər Xəlilov (Xəlilov Əsgər Sabir oğlu; d. 4 may 1955, Nuxa, Azərbaycan SSR, SSRI) – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sabiq müavini və sabiq Sərhəd Qoşunları komandanı (2017 – 2020), istefada olan general-leytenant.
Haqqında məlumatlar
1955-ci ildə Nuxa şəhərində anadan olub.
1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbi bitirib və Moskva şəhərindəki Ali Sərhədçilər Məktəbinə daxil olub.
1976-cı ildə Ali Sərhədçilər Məktəbində təhsilini tamamlayaraq Sərhəd Zastavasında xidmətə başlayıb.
1978 – 1980-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsilini artırmış, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirmişdir.
1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub və 1988 – 1992-ci illərdə həmin məntəqənin rəisi vəzifəsində çalışıb.
1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunları yarandıqdan sonra Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi kimi hərbçi fəaliyyətini davam etdirib; 2009-cu ilədək Sərhəd Qoşunlarında müxtəlif yüksək vəzifələr tutub.
2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub və general-mayor hərbi rütbəsi alıb.
2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanı olub. 2018-ci il avqustun 16-dan general-leytenant hərbi rütbəsi daşıyır.
27 fevral 2010-ci il tarixdə “Rəşadət” ordeni ilə təltif edilməklə yanaşı, hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Mükafatları
- “Hərbi xidmətlərə” görə medalı (2002);
- “Vətən uğrunda” medalı;
- “Azərbaycan Bayrağı” ordeni;
- II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri;
- III dərəcəli “Hərbi xidmətlərdə fərqləndiyinə görə” medal;
- III dərəcəli “Rəşadət" ordeni (2020)
...ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı ilə təltif edilib.
İstifadə edilmiş mənbələr
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
- Dövlət Sərhəd Xidmətində yeni generallar.
- Daha bir şəkili general-mayor (“Şəki bələdiyyəsi” qəzeti – № 09 (167) Sentyabr 2018 ).
- Zaqatala sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümü qeyd olunub.
- 06.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı.
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.