Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov | |||||||
---|---|---|---|---|---|---|---|
Əbdüləli bəy Əmircanov | |||||||
|
|||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
Xələfi | Məmmədhəsən Hacınski | ||||||
Doğum tarixi | 1870 | ||||||
Doğum yeri |
Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
||||||
Vəfat tarixi | 15 may 1948 (78 yaşında) |
Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d. 1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri, əvvəl Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Parlamentinin üzvü olub.
Haqqında məlumatlar
1870-ci ildə Nuxada anadan olub.
1888-ci ildə Tiflisdə Pedaqoji Universiteti bitirib.
Nuxa və Lənkəranda müəllim işləyib.
Nəşri-Maarif Təhsil Cəmiyyətinin Təhsil Şurasının üzvü idi və Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Təşkilatına rəhbərlik etmişdir[1].
Siyasi fəaliyyəti
28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkənin siyasi həyatında fəal iştirak edib.
17 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci kabineti toplandıqda maliyyə naziri təyin edilib və 1918-ci ilin 7 dekabrınadək həmin vəzifədə çalışıb.
1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Əmircanov Behbudxan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib[2].
Azərbaycan parlamentinə müstəqil millət vəkili idi və maliyyə-büdcə və siyahıyaalma komissiyalarının üzvü olub[3].
Digər ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək üçün “Dəyanət” şirkətini təsis edib[1][4].
28 aprel 1920-ci ildə Azərbaycan bolşeviklər ələ keçirdikdən sonra Türkiyəyə köçüb[1][5].
1948-ci ildə İstanbulda vəfad edib.
References
- ↑ 1,0 1,1 1,2 "Biography bank. Əbdüləli bəy Əmircanov". 2012-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
- ↑ Alkhan Bayramoglu (2011-05-29). "Cümhuriyyət hökuməti Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını yüksək qiymətləndirirdi" [The Republic appreciated the liberation campaign of the Caucasian Army of Islam]. AzPress. 2011-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
- ↑ "Məhəmməd Əmin Rəsulzadə" [Mammad Amin Rasulzade]. 2011-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
- ↑ "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - ŞƏRQDƏ İLK PARLAMENTLİ RESPUBLİKA" [Azerbaijan Democratic Republic - First Parliamentary Republic in the East]. İstifadə tarixi: 2011-11-08.
- ↑ Nigar Afandiyeva Maxwell (Autumn 1999). "The Fate of some of the ADR Parliament Members". 7 (3). Azerbaijan International. səh. 22. İstifadə tarixi: 2011-11-08.