Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Müjkan Məmmədzadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni '{{Şəxs |Adı = Müjkan Məmmədzadə |Orijinal adı = Məmmədzadə Müjkan Əbdüləli qızı |Şəkil = Müjkan Məmmədzadə.jpg |Şə...' ilə yarat) tərəfindən edilmiş 15:47, 16 may 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Müjkan Məmmədzadə
Məmmədzadə Müjkan Əbdüləli qızı
Müjkan Məmmədzadə
Müjkan Məmmədzadə
Doğum tarixi 8 avqust 1983 (1983-08-08) (40 yaş)
Doğum yeri Bakı, Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (bakalavriatura, 2001 – 2005; magistratuara 2011 – 2013); Təhsil Problemləri İnstitutu (doktorantura, 2014 - ?), Naxçıvan Dövlət Universiteti, beynəlxalq münasibətlər fakültəsi (201? – 2019)

Müjkan Məmmədzadə (Məmmədzadə Müjkan Əbdüləli qızı; d.  8 avqust 1983-cü il, Bakı, Azərbaycan SSR, SSRİ) –

Haqqında məlumatlar

1983 cü ildə Bakıda anadan olub.

Təhsili

2000-ci ildə Bakı Şəhər 278 saylı orta məktəbi bitirib.

2001 – 2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr,

20011 – 2013-cü ilərdə isə magistr təhsili alıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Təhsil aldığı illərdə akademiyanın YAP Gənclər Birliyinin və Tələbə Elmi Cəmiyyətinin sədri olub.

2014-cü ildə Təhsil Problemləri İnstitutuna fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunub.

201? – 2019-cu illəırdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini təhsil alıb.

İş yerləri

2005 – 2008-ci illərdə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzində mütəxəssis, aparıcı mütəxəssis,

2008 – 2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində metodist, bölmə müdiri,

2014 – 2017-ci illərdə Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin müdiri,

2017 – 2018-ci illərdə Təhsil Nazirliyində nazir müavinin köməkçisi – aparıcı məsləhətçi,

2018 – 2019-cu illərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsində Ümimi sektorun müdiri vəzifəsində işləyib.

23 dekabr 2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçkilərində ümumi səsvermənin nəticələrinə uyğun olaraq Nərimanov Rayon Bələdiyyəsinin üzvü seçilib.

2020-ci ildən Nərimanov Rayon Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədridir.

Pedoqoji fəaliyyəti

2005 – 2006-cı illərdə Bakı Turizm Kollecində,

2006 – 2007-ci illərdə Beynəlxalq Kollecdə,

2007 – 2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində,

2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində,

2018-ci ildən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müqavilə əsasında müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti

60-dan çox Beynəlxalq və respublika elmi-praktik konfransların iştirakçısı,

70-dan çox elmi məqalənin, bakalavr pilləsi üçün 1 proqramın və Başqırdıstan Dövlət Universitetinin “Türk filologiyası: Gənc alimlərin tədqiqatlarında müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi konfransın materiallarından ibarət jurnalın Azərbaycan üzrə redaksiya heyətinin üzvdür.

İstifadə edilmiş mənbə