Mustafa Zəkəriyyə oğlu Quluyev (1893-1938) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi və publisisti. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan SSR Xalq Maarif Komissarı (1922-1928).Azərbaycan pedaqoji mühitinin təlim tərbiyəsində böyük rol oynamış bir əsrlik qocaman tarixi jurnal Azərbaycan məktəbi (jurnal)nın ilk Baş redaktoru olmuşdur.
Həyatı
Mustafa Zəkəriyyə oğlu 1893-cü il mayın 24-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Tiflisdə gimnaziyanı bitirmişdir (1913). Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. RK(b) Kiyev komitəsi müsəlman bölməsinin sədri seçilmişdir. 1919-cu ildə Bakıya qayıtmış, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır.[3] Lənkəran qəza inqilab komitəsinin sədri (1920), AK(b)P Qaraşəhər Rayon Komitəsinin katibi (1921-1922), Azərbaycan SSR Xalq Maarifi Komissarı (1922-1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının (1923-1926; 1929-1932) məsul redaktoru vəzifəsində işləmişdir.
1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.[Mənbə göstərin]
Əsərləri
Kitabları
- "Azərbaycanda Oktyabr düşmənləri" (1927)
- "Mədəni inqilab və islam" (1928)
- "Türk qadınının yolu" (1930)
- "Oktyabr və türk ədəbiyyatı" (1930)
- "Cinayət nədir və hardan baş verir" (1935)
İstinadlar