Valeri Hacıyev
Jump to navigation
Jump to search
Valeri Hacıyev | |
---|---|
Valeri Hacıyev. | |
Doğum tarixi | 9 avqust 1941 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 8 yanvar 2016 (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Komandası |
• Neftyanik — 30 oyun, 1 qol (1959–1960) • OİK (Tbilisi) — ?, ? (1961–1963) • Neftçi — 132 oyun, 18 qol (1964–1968) • Dinami (Moskva) — 13 oyun, 0 qol (1969) |
Karyera illəri | 1955 – 1972 |
Boyu | 169 sm |
Çəkisi | 63 |
İdman növü | futbol |
Valeri Hacıyev (1941–2016) — tanınmış futbolçu, SSRİ idman ustası. SSRİ futbol çempionatının bir sıra mövsümlərində Bakının “Neftçi” komandasının mərkəz müdafiəçisi olaraq oynamış, 1966-cı ildə bu komandanın heyətində SRİ futbol çempionatının bürünc medalçısı olmuşdur.
Haqqında əlavə məlumatlar
9 avqust 1941-ci il tarixdə Bakının Razin qəsəbəsində (indiki Bakıxanov) anadan olub. Əslən şəkilidir, atası Nizami Hacıyev Nuxadan (indiki Şəki) Bakıya köçmüşdür.
8 yanvar 2016-cı il tarixdə – 74 yaşında, Bakıda vəfat edib. Bakıda Bakıxanov qəsəbəsinin qəbiristanlığında dəfn olunub.