Nazim Hacıyev
Nazim Hacıyev | |
---|---|
Doğum tarixi | 6 iyun 1924 |
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 30 iyul 1962 |
Həyat yoldaşı | Bədəlova Ziba Səttar qızı |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1941; 1944 – 1948) |
Nazim Hacıyev (Hacıyev Nazim Məmmədiyə oğlu; d. 3 iyun 1924-cü il, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 30 iyul 1962-ci il, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı dövlət xadimi, Azərbaycan SSR KP MK-nın ideoloji işlər üzrə katibi (1960 – 1962). Daha əvvəl Sov.İKP MK-nın məsul təşkilatçısı, sektor müdiri (1958 – 1960) olmuş, Sov.İKP-nin XX (1956) və ÜİK(b)P-nin XIX (1952) qurultaylarına Azərbaycan SSR-dən nümayəndə seçilmişdir.
Haqında məlumatlar
1924-cü ildə Nuxada anadan olub.
1940-cı ildə Nuxada peşə məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Lakin 1941-ci ildə Almaniyanın SSRİ-yə hücum etməsindən sonra təhsilini davam etdirə bilməyib.
1941 − 1943-cü illərdə “Nuxa fəhləsi” qəzetində ədəbi işçi, Huxadakı 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində çalışıb.
1943 − 1944-cü illərdə “Nuxa fəhləsi” qəzetinin məsul katibi olub.
1944-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirməyə başlayıb.
1944 − 1947-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləyib.
1947 − 1950-ci illərdə Bakı şəhər Komsomol Komitəsinin katibi,
1950 − 1952-ci illərdə əvvəl Azərbaycan KP Bakı Şəhər Komitəsinin təbliğat şöbəsində təlimatı, sonra isə Azərbaycan Dövlət Tibb İnstitutunda partiya komitəsinin katibi işləyib.
1951-ci ildə Azərbaycan LKGİ-nın XIX qurultayında LKGİ MK-nın katibi,
1952-ci ildə isə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilib.
1952-ci ildə keçirilmiş ÜİK(b)P-nin XIX qurultayında[1],
1956-cı ildə keçirilmiş Sov.İKP-nin XX qurultayında Azərbaycan SSR-i təmsil edən nümayəndələrdən biri olub.
1956-ci ildə Ümumittifaq LKGİ MK-nın büro üzvü seçilib.
1956 − 1958-ci illərdə Azərbaycan SSR KP MK-nın elm və təhsil şöbəsinin müdiri,
1958-ci ildən isə Sov.İKP MK-nın, əvvəlcə, məsul təşkilatçısı, sonra isə sektor müdiri olub.
1960-cı ildə Azərbaycan SSR KP MK-nın ideoloji işlər üzrə katibi olub.
1961-ci ilin yanvarında məqsədli şəkildə yanlış edilən cərrahi əməliyyat nəticəsində səhhəti kəskin şəkildə pişləşib və 1962-ci il iyulun 30-da vəfat edib.
Bakıda Fəxri Xiyabanda dəfn olunub[2].
Xatirəsi
Bakıda (keçmiş 6-cı Alatava küçəsi) və Şəkidə Nazim Hacıyevin adına küçə var.
Sovet dövründə Şəkinin mərkəzi istirahət klubu, Şəki rayonunun İnçə kəndində sovxoz və Baş Küngüt kəndində orta məktəb onun adını daşıyıyıb.
2019-cu ildə “Aranfilm” Yaradıcılıq Mərkəzində Nazim Hacıyevin həyatından bəhs edən “Bir qəsdin tarixi” sənədli filmi istehsal edilmişdir.[3]
Əsərləri
- Гаджиев Н. М. Из практики работы по интернациональному воспитанию трудящихся. — М.: Знание, 1961. — 36 с. — 2000 экз.
- Гаджиев Н. М. Французские встречи: [Путевые заметки участника Делегации советской молодёжи во Францию в 1955 г.]. — Баку: Детюниздат, 1956. — 130 с. — 6000 экз.
İstinadlar
- ↑ "Делегаты XIX съезда ВКП(б) 5—14.10.1952". Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ "Fəxri Xiyabanda dəfn olunanlar". Azerbaijan.az. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ Эльмира Ахундова (06.06.2019). "Смертельная схватка Анастаса Микояна и Назима Гаджиева" (русский). 1news. İstifadə tarixi: 2019-06-06.
Ədəbiyyat
- Мирзоев О. Один раз живём: Имам Мустафаев, Шихали Курбанов, Назим Гаджиев. — Баку: 1991.
- Кикнадзе А. Бакинская подкова. — Москва: 2003.
- Полонский Л. Сквозь годы мчась… : Эссе // Литературный Азербайджан (журн.). — 2001. — №1.
- Помпеев А. Кровавый омут Карабаха. — Кн. 2. — Баку: 1994
- Семичастный В. Беспокойное сердце. — Москва: 2002.
- Вышка (газ.). — 1989, 30 июня; 1993, 15 октября.
- Молодёжь Азербайджана (газ.). — 1989, 2 ноября.
- Азербайджан (газ.). — 1993, 9 сентября.
- Гюнай (газ.). — 2002, 5—11 октября.