Şəki qalası

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:22, 31 dekabr 2021 tarixli redaktə

Şəki qalası[1]əski Şəki şəhəri, yaxud Şəki şəhər-qalası.

Barəsində Övliya Çələbinin (1611—1682) "Səyahətmamə" əsərində məlumat verilir. Övliya Çələbi 1647-ci ildə gördüyü Şəki şəhər-qalasını belə təsvir etmişdir:

" Bu qalanı Gürcüstanın şavşad çarlarından Aleksandr tikilmişdir. Bundan sonra Dağıstan bəylərinin əlinə keçir, daha sonra isə iranlılar tərəfindən işğal edilir. Amma III Murad xanın vəziri Qara Nustafa paşa onu ələ keçirib Levan xanın oğlu İrakli bəyə bağışladı. Daha sonra Mustafa xanın hakimiyyəti dövründə, qala yenə iranlılar tərəfindən zəbt oundu. Hal-hazırda bu ayrıca sultanlıqdır. Qalada minə yaxın döyüşçü var. Bu gözəl bir daş qaladır, Şirvan əyalətində bir təpənin üzərində yerləşir. Qalanın Gəncə və Şirvan adlanan 2 qapısı var. Qala Dağıstan sərhədində yerləşir, amma gürcülərə aid hesab edilir. Qalada 3 min ev, yeddi cümə məscidi var. Məscidlərdən ən məşhuru Laquş oğlu Əhməd bəyin məscidi (qaladan kənarda) bazarda, III Murad xan məscidi isə qalanın içindədir. Qalada xan, hamam və kiçik bazar var[2]. "

Həmçinin bax

İstinadlar