Köməkçi səhifə:Nikolay Dubrovin
Nikolay Dubrovin | |
---|---|
Николай Фёдорович Дубровин | |
![]() | |
Nikolay Dubrovin | |
Doğum tarixi | 8 dekabr 1837 |
Doğum yeri | Korıtovo kəndi(ru), Velikolukski qəzası(ru), Pskov quberniyası(ru), Rusiya İmperiyası |
Vəfat tarixi | 12 iyun 1904 (66 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya İmperiyası |
Vətəndaşlıq | Rusiya İmperiyası |
Elm sahəsi | tarix |
Atası | Fyodor |
Mükafatları |
![]() ![]() ![]() |
![]() |
Nikolay Dubrovin (8 dekabr 1837Korıtovo kəndi(ru) (indiki Pskov vilayətinin Velikolukski rayonunda(ru) ) — 25 iyun 1905 , Sankt Peterburq) — tarixçi, akademik, general-leytenant.
,Bioqrafiya
![](https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/30/Dubrovin_NF.jpg/300px-Dubrovin_NF.jpg)
Polşa kadet korpusunda(ru) (1853) və Konistantinov artilleriya məktəbində(ru) (1856) təhsil almışdır. Mixaylov artilleriya akademiyasını(ru) bitirdikdən sonra Leyb-qvardiyada(ru) – I artilleriya briqadasında, daha sonra qvardiya korpusunun artilleriya qərargahında və Peterburq dairə artilleriya idarəsində xidmət etmişdir. 1869-cu ildə hərbi-tarixi mövzular üzərində işləməsi üçün Baş qərargaha(ru) ezam olunur. 1878-ci ildə general-mayor rütbəsi alır, 1882-ci ildə Baş qərargah yanında hərbi təhsil komitəsinə üzv təyin edilir. 1888-ci ildə rütbəsi artırılır – general-leytenant olur[1].
1886-cl ildən — Peterburq Elmlər Akademiyasının üzvü, 1893-cü ildən — Peterburq Elmlər Akademiyasının mövcud bütün tarixlər üzrə baş elmi katibi(ru) idi.
Nikolay Dubrovin hərbi-ədəbi fəaliyyətə 1859-cu ildən – “Artilleriya Jurnalı”nda(ru) dərj olunmuş məqalələri ilə və "Rassvet" jurnalında dərv olunmuş “Dünya üçün ağıl” (rus.: Ум для света) adlı povesti ilə başlamışdır. Daha sonra o, başlıca olaraq, rus hərb tarixini tədqiq etməyə çalışmış, Napolyonun Rusiyaya hücumunu (1812)(ru) (rus.: Отечественная война 1812 года), Qafqaz müharibəsini və Krım müharibəsini ilk olaraq arxiv materialları əsasında işıqlandırmışdır.
Tanınmış hərb tarixçisi Lübomir Beskrovnıya(ru) görə,
![]() |
N. K. Dubrovin XIX əsrin ikinci yarısının hərb tarixçiləri arasında xüsusi yer tutur. O, həmin dövrün hərb tarixi elmində məxsusi dəsti-xəttə malik olmaqla başqalarından fərqlənirdi. N. K. Dubrovinin maraq dairəsi geniş idi. O, hərb tarixi məsələləri ilə yanaşı, həm də Rusiyanın diplomatik və daxili siyasət tarixi ilə məşğul olmuşdu[2]. | ![]() |
Hərbi-tarixi mövzuda əsas əsərlərinin siyahısı
- «Закавказье от 1803 по 1806 г.» СПб., 1866
- «Георгий XII, последний царь Грузии, и присоединение её к России»
- «История войны и владычества русских на Кавказе», 1871 г.
- «Присоединение Крыма к России», 1885 г.
- «А.B. Суворов среди преобразователей екатерининской армии», 1886 г.
- «Отечественная война в письмах современников»
- «История крымской войны и обороны Севастополя», 1900 г.
İstinadlar
- ↑ Список генералам по старшинству(ru). Составлен по 1-е мая 1904 года. СПб., 1904, с. 160.
- ↑ Бескровный Л. Г. Очерки военной историографии России. — М., 1962, с. 241.
Ədəbiyyat
- А. Куник. Записка об ученых трудах Н. Ф. Дубровина. СПб., 1890.
- В. Е. Рудаков. Учёно-литературная деятельность Н. Ф. Дубровина «Исторический Вестник», 1904, № 9.
- В. Н. Строев. Воспоминания, «Русская старина», 1904.
- Перечень некрологов — в № 7, «Исторического Вестника» за 1904 г.
- Дубровин Николай Фёдорович // Энциклопедия Санкт-Петербурга.
- Список генералам по старшинству(ru). — Составлен по 1 мая 1903 года. — : Воен. тип., 1903. — С. 163.
- Л. Г. Бескровный. Очерки военной историографии России. М., 1962.
Xarici linklər
- Дубровин // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — 1890—1907
- Хронос. Николай Фёдорович Дубровин
- Дубровин Николай Фёдорович. На сайте «Руниверс».
- Профиль Николая Фёдоровича Дубровина на официальном сайте РАН.