Bilal Məmmədov
Bilal Məmmədov | |
---|---|
Bilal Məmmədov | |
Bilal Məmmədov | |
Doğum tarixi | 2 aprel 1946 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 27 oktyabr 2013 (67 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Rütbə | polkovnik |
İstefada | 2001 |
Təltifləri |
Bilal Məmmədov (Bilal Məmməd oğlu Məmmədov; d. 2 aprel 1946, Nuxa, Azərbaycan SSR, SSRİ – ö. 27 oktyabr 2013, Şəki, Azərbaycan) — Azərbaycan hərbçisi, polkovnik.
1992 – 1993-cü illərdə Sovet Ordusunun hissə və taborları Azərbaycan ərazisini tərk edərkən bir sıra əhəmiyyətli hərbi-texniki avadanlığın, maşın və mexanizmlərin, o cümlədən bir ədəd İl-76 markalı hərbi təyyarənin Azərbaycanın mülkiyyətinə keçməsində, həmçinin Rusiyadan dəmir yolu ilə Ermənistana göndərilmiş UAZ-3151 və UAZ-3962 markalı 57 ədəd avtomobilin Azərbaycan Ordusunun sərəncamına verilməsində iştirak etmişdir.
Haqqında məlumatlar
1946-cı ildə Nuxa şəhərində anadan olmuşdur.
Təhsili
1953 – 1963-cü illərdə Nuxa şəhərindəki 11 saylı orta məktəbdə oxuyub.
1963 – 1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisası üzrə ali təhsil alıb.
Mülki və hərbi karyerası
Hələ Azərbaycan Politexnik İnstitutunda təhsil alarkən – 1963-cü il oktyabr ayının 1-dən 1965-ci il fevral ayının 1-dək, Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı şəhərindəki Avtomobil Ehtiyat Hissələri Zavodunda əvvəlcə çilingər şagirdi, sonra isə tornaçı vəzifəsində işləyib.
1970 və 1971-ci illərdə Sovet Ordusunun toplanışlarında iştirak edib.
21 iyun 1971-ci il tarixdən 28 may 1973-cü il tarixədək SSRİ Müdafiə Nazirliyi Sibir Hərbi Dairəsinin Tümen şəhərindəki N saylı briqadasının N saylı taborunda leytenant hərbi rütbəsi ilə mühəndis vəzifəsində işləyib.
Müxtəlif vaxtlarda Azərbaycandakı iki sürücülük məktəbinin direktoru, həmçinin Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti (OADKYC) sədrinin müavini vəzifəsində çalışıb.
1 aprel 1992-ci il tarixdən Azərbaycan Müdafiə Nazirliyində işləməyə başlamış, nazirliyin avtomobil xidməti sahəsinin təşkil edilməsində məsul vəzifəli şəxs olmuşdur.
1995-ci ildə Müdafiə Nazirliyi Hərbi Yol Polisinin rəisi vəzifəsini icra edib. Müdafiə Nazirliyi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin sifarişi əsasında “Avtomobil hazırlığı” kitabını, Müdafiə Nazirliyi rəhbərliyinin sifarişi ilə isə “Silahlı Qüvvələrin Hərbi Yol Polisinin Əsasnaməsi” kitabçasını çapa hazırlayıb.
2001-ci ildə öz ərizəsi ilə Silahlı Qüvvələrdən tərxis olunub.
İctimai fəaliyyəti
Zaqatala Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
1992-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin xalq iclasçı seçilmişdir.
Mükafatları
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı;
- III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (SSRİ);
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı.
Ailəsi
- Həyat yoldaşı Ceyhun Məmmədova 2020-ci il üçün Əziz Əliyev adına Azərbaycan həkimləri Təkminləşdirmə İnstitutunun kitabxanasında işləyir.
- Oğlu Azər Məmmədov hərbçi peşəsini seçib, 2020-ci il üçün Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan mayorudur.
- Qızı Arzu Məmmədova ixtisasca həkimdir.
- B
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1946-cı ildə doğulanlar
- 2 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 27 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Sovet İttifaqının III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)