Hüseyn Mehdiyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya: H{{Kino sənətçisi |Peşəsi = rejissor, ssenarist, operator |Şəkil = Hüseyn Mehdiyev.jpg |Şəkil məlumat= |Şəkil miqyası = 200 |Adı = Hüseyn...' ilə yarat) tərəfindən edilmiş 19:43, 19 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Hüseyn Mehdiyev
Hüseyn Mahmud oğlu Mehdiyev
Hüseyn Mehdiyev
Doğum tarixi 19 mart 1945 (1945-03-19) (79 yaş)
Doğum yeri Şəki
Peşəsi rejissor, ssenarist, operator
huseyn.az

Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, kinoprodüseri, Azərbaycanın Əməkdar incəsənət xadimi (2000)[1], Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri.

Həyatı

Hüseyn Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub.

1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir sıra sənədli və bədii filmlərin quruluşçu operatoru[2], 1986-ci ildən quruluşçu rejissorudur.

"Dissonans", "Ancaq adanı özünlə apara bilməzsən", "Özgə vaxt" filmləri bir sıra beynəlxalq kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.

Filmoqrafiya

  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  2. Babamızın babasının babası (film, 1981)
  3. Böyük anda sadiqik (film, 1981)
  4. Brakonyer, yoxsa balıqçı? (film, 1991)
  5. Daha bir fənd (film, 1978)
  6. Diaqnoz (film, 1991)
  7. Diplom işi (film, 1979)
  8. Dissonans (film, 1978)
  9. Dostuma məktub (film, 1992)
  10. İşgüzar səfər (film, 1982)
  11. Qəm pəncərəsi (film, 1986)
  12. Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
  13. Qız qalası əfsanəsi (film, 1923) (bərpanın layihə rəhbəri)
  14. Qoca palıdın nağılı (film, 1984)
  15. Məkanın melodiyası (film, 2004)
  16. Mirzə Fətəli Axundov (film, 1982)
  17. Özgə vaxt (film, 1996)
  18. Səhnədə keçən həyat (film, 1991)
  19. Süd dişinin ağrısı (film, 1987)
  20. Süni bənövşələr (film, 2007)
  21. Şahid qız (film, 1990)
  22. Şəhərli biçinçilər (film, 1986)
  23. Şuşa (film, 1978)
  24. Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
  25. Tərlan Musayeva (film, 1980)
  26. Udi xalqı (film, 1993)
  27. Vah!.. (film, 1980)

İstinadlar

  1. Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
  2. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.