Badisəba Köçərli
Badisəba Köçərli | |
---|---|
Köçərli Badisəba Mustafa ağa qızı | |
Badisəba Köçərli | |
Badisəba Köçərli. | |
Anadan olub | 22 mart 1881 |
Anadan olduğu yer | Salahlı kəndi, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1954 |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Firidun bəy Köçərli |
Mükafatları |
|
Badisəba Köçərli (1881 – 1954) — pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi; Azərbaycan SSR-də uşaqların tərbiyəsi və təhsilə cəlb olunması, qadınlar arasında savadsızlığın ləğv edilməsində xidmətləri olub.
Haqqında məlumatlar
22 mart 1881-ci il tarixdə Qazax qəzasının Salahlı kəndində anadan olub.
Qızlıq familiyası “Vəkilova” idi,
1897-ci ildə məşhur Azərbaycan maarifçisi və ədəbiyyat tənqidçisi Firidun bəy Köçərli ilə ailə qurmuş və onun soyadını götürmüşdür.
Təhsili
1920-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1921 – 1924-cü illərdə Bakı qadın seminariyasında müəllim işləyib.
1925 – 1929-cu illərdə Zaqatala Pedaqoji Texnikumunun,
1929-cu ildə Quba Pedaqoji Texnikumunun,
1930 – 1954-ci illərdə isə Nuxa 2 saylı uşaq evinin direktoru vəzifəsində çalışıb.
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni;
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1945).
- B
- Şəxslər (familiya sırası ilə)
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1881-ci ildə doğulanlar
- 22 martda doğulanlar
- Martda doğulanlar
- 1954-cü ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Azərbaycan SSR əməkdar müəllimləri
- "Şərəf Nişanı" ordeni laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)