Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Alev Ebuzziya-Siesbye

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:14, 16 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Alev Ebuzziya-Siesbye
Alev Ebuzziya
Alev Ebuzziya-Siesbye
Alev Ebuzziya Siesbye.
Doğum tarixi 30 avqust 1938 (1938-08-30) (86 yaş)
Doğum yeri İstanbul, Flag of Turkey.svg Türkiyə
Vətəndaşlığı Flag of Turkey.svg Türkiyə və Flag of Denmark.svg Danimarka
Təhsili İstanbul İncəsənət Akademiyası (indiki Memar Sinan İncəsənət Universiteti), heykəltəraşlıq şöbəsi (1956–)
Janrı keramika
Üslub bədii keramika
Mükafatları Danebroq ordeninin kavaleri"İncəsənət və Ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2009
Atası Ziyad Ebuzziya
Anası Valiyə Əbdüləli bəy qızı

Alev Ebuzziya-Siesbye — bədii keramika sahəsində dünyada tanınmış rəssam və dizayner; əl işləri dünyanın 34 muzeyinin, həmçinin “Viktoriya və Albert” muzeyinin ekspozisiyasına daxil edilib. Türk və azərbaycan əsillidir, 1987-ci ildən Parisdə (Fransa) yaşayır.

Haqqında məlumatlar

30 avqust 1938-ci il tarixdə İstanbulda (Türkiyə) anadan olub.

Təhsili

1955-ci ildə İngiltərədə orta təhsilini başa vurub.

1956-cı ildən İstanbul İncəsənət Akademiyasının (indiki Memar Sinan İncəsənət Universiteti) heykəltəraşlıq şöbəsində təhsil almağa başlayıb.

Əmək fəaliyyəti

1960 – 1962-ci illərdə Eczacıbaşı keramika fabrikində (Türkiyə),

1963-cü ildən isə Royal Copenhagen (Royal Danimarka Porselen Zavodları, Danimarka) çini məmulatlar fabrikində dizayner vəzifəsində çalışıb.

1969-cu ildə Kopenhagendə öz keramika emalatxanasını qurub.

1975 – 1990-cü illər arasında “Alman Rosenthal Porselen Zavodları” markası ilə,

1984 – 2000-ci arasında isə “Royal Kopenhagen” markası ilə istehsal olunan məhsulların dizayn işi ilə məşğul olub.

Təltif və mükafatları

Ailəsi

Atası Ziyad Ebüzziya (1911–1994) İstanbul Hüquq Fakültəsinin məzunu olmuş, jurnalist və siyasətçi kimi Türkiyədə fəaliyyət göstərmişdir. Anası Valiyə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş Əbdüləli bəy Əmircanovun (1870–1948) qızıdır. Alev Ebuzziya 1967 – 1979-cu illərdə danimarkalı komersant David Oskar Siesbye ilə evli olub.

Ədəbiyyat

  1. "Alev Ebüzziya Siesbye" (Türkçe). istanbulkadinmuzesi.org. 13 Şubat 2016. 13 Şubat 2016 tarixində arxivləşdirilib.
  2. Sarabi L. "Cümhuriyyət nazirinin nəvəsi: "Atatürk babama kömək etdi" - MÜSAHİBƏ". https://publika.az/ (azərb.). publika.az. 15 Jan 2020 - 5 Jun 2020 tarixində arxivləşdirilib.
  3. Ege Menteş (10 Mayıs 2019). "Alev Ebüzziya Siesbye Sergisi | Ege Menteş Seramik Atölyesi". egementes.com (Türkçe). Ege Menteş Seramik Atölyesi. 30 Aug 2020 - 29 Nov 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə