Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Əlövsət Sadıqov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ə{{Musiqiçi |Şəkil = Əlövsət Sadıqov.jpg |Doğum yeri = Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası<br/><sma...' ilə yarat) tərəfindən edilmiş 02:02, 18 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Əlövsət Sadıqov
Əlövsət Sadıqov.jpg
Şəxsi məlumatlar
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
(hazırkı Şəki, Azərbaycan)

Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1956 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Şərəf Nişanı" ordeni "Şərəf Nişanı" ordeni

Əlövsət Şirəli oğlu Sadıqov (21 dekabr 190617 noyabr 1970)[1] — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956).[2]

Həyatı

21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur.

Əlövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.

Yaradıcılıq nailiyyətlərinə görə Əlövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.

17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əlövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.[2]

İstinadlar

  1. Əliövsət Şirəli oğlu Sadıxov
  2. 2,0 2,1 Təhmirazqızı, S. Sənətin Əliövsət zirvəsi /S.Təhmirazqızı //Mədəniyyət.-2010.- 22 dekabr.- S. 12.