Adil Hacıyev (Hacıyev Adil Əli oğlu; d. 12 iyun 1933-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ – )

Adil Hacıyev
Hacıyev Adil Əli oğlu
Anadan olub 12 iyun 1933(1933-06-12)
Anadan olduğu yer Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Mükafatları

"Şərəf Nişanı" ordeni"Əmək veteranı" medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Haqqında məlumatlar

12 iyun 1933-cü il tarixdə Nuxada anadan olub.

1941 – 1951-ci illərdə M.Qorki adına 10-li Nuxa şəhər məktəbində oxuyub.

1951 – 1955-ci illərdə Azərbaycan Polutexnik İnstitunda təhsil alıb.

Əmək fəaliyyəti

1955 – 1957-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olarkən orada SSRİ Müdafiə Nazirliyinin 98 №-li hərbiləşdirimiş inşaat trestində kiçik mühəndis vəzifəsində işləyib.

1957 – 1969-cu illərdə Bakı Dövlət Layihə İnstitutunda (rus.: Бакинский Государственный Проектный Институт (Бакгипрогор)) mühəndis, Bakı Baş Tikinti idarəsinin (Главбакстрой) Su-1 inşaat bölməsinin rəhbəri olub.

1969 – 1993-cü illərdə Moskvadakı tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləmiş, uzun müddət “Mosstroy-34” tikinti idarəsinin baş direktoru olmuşdur.

İctimai aktivliyi

Moskva şəhərinin və Moskva şəhər Voroşilov rayon Xalq Deputatları Sovetinin deputatı olub.

Mükafatları

İstifadə edilmiş mənbələr

  • "О награждении нагрудным знаком "Почетный строитель Москвы"". http://docs.cntd.ru (русский). docs.cntd.ru. 23 Jul 2018 tarixində arxivləşdirilib.