Həqiqət Cavadova

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:21, 8 oktyabr 2020 tarixli dəyişiklik

Həqiqət Cavadova (Vahabova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, texnika üzrə elmlər doktoru.

Həqiqət Cavadova
Cavadova Həqiqət Əliəşrəf qızı
Həqiqət Cavadova
Həqiqət Cavadova
Doğum tarixi 9 oktyabr 1939 (1939-10-09) (85 yaş)
Doğum yeri Şəki
Vətəndaşlıq Azərbaycan Respublikası
Elm sahəsi kimya
İş yeri Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri
Elmi dərəcəsi texnika üzrə elmlər doktoru
Elmi adı professor
www.ica.az

Həyatı

Həqiqət Cavadova 1939-сu il oktyabrın 9-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) kimya fakültəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Həmin ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmış, 1963-cü ildə aspiranturaya daxil olmuşdur. 1965-ci ildən yeni yaradılmış AMEA Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik və böyük elmi işçi işləmiş, 1988-ci ildən isə “Motor yağlarına aşqar kompozisiyaları” laboratoriyasına rəhbərlik edir. Cavadova H.Ə. Azərbaycan Sovet Ensiklopediyasının əsas müəlliflərindəndir.

1978-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək “Neft-kimyası” ixtisası üzrə texnika elmləri doktoru dərəcəsi, 2015-ci ildə isə professor elmi adını almışdır.

Elmi fəaliyyəti

H.Ə.Cavadovanın əsas elmi istiqaməti praktiki əhəmiyyətə malik müxtəlif funksional təsirli yeni, tərkibində fosfor, kükürd və azot saxlayan üzvi birləşmələr və sənaye aşqarları əsasında avtomobil və yük maşınları, avtotraktor və gəmi mühərrikləri üçün motor yağlarının sürtkü kompozisiyalarının elmi əsaslarının işlənib hazırlanması sahəsini əhatə edir. Apardığı tədqiqatlar nəticəsində müxtəlif təyinatlı M-8B, M-63/12Г1, М-8Г1, М-12ВБ, М-10Г2, М-10Г2k, М-14Г2, М-10Г2ЦС, М-10В2, М-14В2, М-14ГБ, М-20Бп, М-16ИХП-3 motor yağları yaradılmış, istehsalı “Azərneftyağ” Neft Emalı Zavodunda (NEZ) və institiutun “Aşqar” Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Bürosunda təşkil edilib. Müxtəlif illərdə (1995-2004) bir sıra motor yağları Dövlət Dəmiryol idarəsi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərnişin Nəqliyyatı, Sərhəd Qoşunları, Dövlət Neft Şirkəti, Müdafiə Nazirliyi “Xüsusi Texnika” Elmi İstehsalat Birliyində (EİB) tətbiq olunmuşdur. Bakı baza yağları əsasında işlənib hazırlanmış M-12ВБ motor yağı 1998-ci ildən hal-hazıradək “Azərneftyağ” NEZ-də istehsal olunur, М-10В2, və М-14В2 yağları isə MDB ölkələrinə ixrac edilib. Xəzər Dəniz Donanması, ARDNŞ Bayıl limanı və Sərhəd Qoşunlarının istismarında olan gəmilərin dizel mühərrikləri üçün xaricdən gətirilən motor yağlarının yeni analoqları, yerli xammal əsasında М-20В2Ф yağının sürtkü kompozisiyaları yaradılmışdır. Tətbiq olunan və tövsiyə edilən bütün motor yağları Azərbaycan Respublikasının patentləri ilə müdafiə olunmuşdur. H.Ə.Cavadovanın rəhbərlik etdiyi laboratoriyanın bazası əsasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində “Aşqarlar, aşqarlı sürtkü yağları, sürtkülər, xüsusi mayelər”in sertifikatlaşdırılması və qiymətləndirilməsi üçün yaradılan (TK – 02 Texniki Komitə) on ildən artıq müddətdə fəaliyyət göstərmişdir.

Elmi əsərləri

Həqiqət Cavadova 183 elmi əsərin, o cümlədən 35 SSRİ müəlliflik şəhadətnaməsi və 29 Azərbaycan patentinin müəllifidir. Onun əsərləri respublika (Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur

Elmi məqalələri

  • «Исследование окисляемости масла М-15 с дитиофосфатными присадками методом ИК-спектроскопии» Азербайджанское Нефтяное Хозяйство, Баку, № 12, с.41-45, 2003. С.Б. Мамедкеримова.
  • «Исследование защитных свойств мотор-ных масел для автотракторных судовых и стационарных дизельных двигателей» Азерб. Нефтяное Хозяйство, Баку, № 6, с. 35-37, 2004. Э.М.Джавадова
  • «Реологические свойства смазочных композиций для дизельных двигателей». Химия и технология топлив и масел, №5, 2008. c.32-35. Фарзалиев В.М.,

Азимов Э.В.,Бабашлы А.А.,Мамедкеримова С.Б.

  • «Разработка моторного масла М-14Г2 на базе Бакинских масел и исследование его реологических свойств». Нефтепереработка и нефтехимия №10, 2008.c.26-29. Фарзалиев В.М., Бабашлы А.А., Мамедкеримова С.Б.
  • «Исследование биостойкости смазочных композиций с детергентно-диспергирующими присадками» // Нефтепереработка и нефтехимия -2013-№11, с.36. М.Т.Аббасова, И.А.Джафарова
  • «Исследование защитных свойств детергентно-диспергирующих присадок алкилфенолятного типа» Нефтеперерабтка и нефтехимия, № 9, c. 46-49, 2014. Ю.Б.Рамазанова, Э.А. Нaгиева, Г.Г. Юсифзаде, А.Х. Мамедова
  • «Разработка биостойких смазочных композиций на базе регенерированных масел» , Нефтеперерабтка и нефтехимия, №10, 2016. В.М.Фарзалиев, Аббасова М.Т., Юсифова А.Р., Юсифзаде Г.Г.
  • «1-Aryl-2-Nitroethens as Antimikrobial Additives for lubricating materials» International Journal of Research Studies in Science, Engineering and Technology. Volume 3, Issue 4, s.23-26, April 2016. V.M.Farzaliyev, A.A., M.T.Abbasova, I.A.Jafarova


Müəllif şəhadətnamələri

  • «Способ защиты стальных обводненных нефтяных скажин от коррозии» А.С.323977 СССР. 23.09.1971. И.М.Оруджева, Т.А. Платонова, Н.М.Агаев, Д.А.Ахундова.
  • «Способ защиты стали от кислотной коррозии» А.С.327844 СССР. 03.11.1971. И.М.Оруджева, А.А.Фархадов, Ю.А.Алекперова, Д.М.Абрамов. Ф.И.Халилова.
  • «Способ защиты от коррозии стального оборудования газокон денсатных скважин» А.С.425518 СССР. 21.04.1972. И.М.Оруджева, С.Д. Зейналов, Д.С. Азаряев
  • «Способ защиты алюминиевых сплавов от щелочной коррозии» А.С.451369 СССР. 26.07.1974. И.М.Оруджева, А.М. Кязимов, З.М. Салам-заде
  • «Смазочная композиция» А.С.116707 СССР. 02.06.1978. А.М.Кулиев, И.М. Оруджева, Ф.Н.Мамедов, А.Г.Байрамова, В.Б. Ликша
  • «Смазочная композиция» А.С.112530 СССР. 02.02.1978. И.М.Оруджева, А.М. Кулиев, Ф.Н. Мамедов, А.Г.Байрамова

Patentləri

  • “Gəmi dizelləri üçün motor yağı” Azərb. Patenti İ 2006 0085 // Fərzəliyev V.M., Mövsümzadə M.M., Əsədov F.M., Kərimov K.T., Şamilzadə T.İ., Hüseynova A.Ə., Abdullayev B.İ.
  • “Gəmi və stasionar dizellər üçün motor yağı” Azərb. Patenti İ 2007 0212 / Fərzəliyev V.M., Kazımzadə K.K., Şamilzadə T.İ., Ramazanova Y.B., Nağıyeva E.Ə., Abdullayev B.İ., Hüsynova A.Ə., Əzimov E.V.
  • “Yüksək gücləndirilmiş avtotraktor dizelləri üçün motor yağı” Azərb. Patenti İ 2008 0202 // Fərzəliyev V.M., Əzimov E.V., Şamilzadə T.İ., Ramazanova Y.B., Babaşlı A.Ə., Abdullayev B.İ.
  • “Gəmi dizelləri üçün motor yağı” Azərb. Patenti İ 2009 0207 // V.M. Fərzəliyev, A.A.Babaşlı, T.İ. Şamil-zadə, A.Ə.Hüseynva.
  • “Yüksək gücləndirilmiş avtotraktor dizelləri üçün motor yağı” Azərb. Patent İ 2015 0073 // X.Q.Əfəndiyeva, A.X. Məmmədova, G.Q. Yusifzadə, Z.K. Məhərrəmova
  • “Способ получения приработочного масла” Государственное научное учреждение • «Институт химии новых материалов Национальной академии наук Белоруси»(BY) № 18144, 28.03.2012, Е.В.Карпинчик, В.Е. Агабеков, В.М. Фарзалиев, М.М. Мовсумзаде, В.С. Комаров.
  • “Itiyerişli nəqliyyat dizelləri üçün motor yağı” Azərb. Patenti İ 2016 04M(məxfi) // A.A.Əlizadə, V.M.Fərzəliyev, Y.B. Ramazanova, K.T. Kərimov
  • “Neft və neft məhsullarının donma temperaturunu aşağı salan tərkib” Azərb. Patenti İ 2016 05M(məxfi) // V.M.Fərzəliyev, O.M.Eyyubov, K.T. Kərimov, E.M. Cəfərov, İ.İ. Kazımov, C.N.Məmmədov
  • “İşlənmiş motor yağlarının regenerasiya üsulu” Azərb. Patenti İ 2016 03M(məxfi) A.A.Əlizadə, V.M.Fərzəliyev, K.T. Kərimov, Y.B. Ramazanova, A.R.Yusifova, T.İ. Şamilzadə, M.M.Abdullayev

Beynəlxalq konfranslarda iştirakı

H.Ə.Cavadova dəfələrlə Moskva, Sankt-Peterburq, Kiyev, Daşkənd, Novqorod, Perm, Tambov və digər şəhərlərdə kecirilən Ümumiittifaq və Beynəlxalq konfranslarda elmi məruzələrlə cıxış etmişdir.

  • IV Межд.научно-техн. конференция ”АИСТ-2013” Белорусия, г. Минск 28-30 мая, 2013. c.44 // Разработка смазочных композиций на базе отработанных масел после регенерации // Фарзалиев В.М., Юсифова А.Р., Керимов К.Т.
  • IV Межд.научно-техн. Kонфере-нция ”АИСТ-2013” Белорусия, г. Минск 28-30 мая, 2013. c.45 // Создание биостойких смазочных комозиций масел с детергентно-диспергирующими присадками”. // Джафарова И.А., Аббасова М.Т., Нагиева Э.A., Кулиева Г.М.
  • XI Международная конференция молодых ученых по нефтехимии. Памяти академика В.М.Грязнова, Москва, г. Звенигород 16-19 сентября 2014г. c.192- 193 // Исследование биостойкости отработанного масла для высокооборотных двигателей с искровым зажиганием // Аббасова М.Т., Юсифова А.Р., Кулиева Г.М., Дадашева Т.А.
  • XI Международная конференция молодых ученых по нефтехимии. Памяти академика В.М.Грязнова, 16-19 сентября 2014г. Москва, г. Звенигород, c.190-191, // Исследование защитных свойств присадок различного функционального действия // Юсифова А.Р., Рамазанова Ю.Б., Юсифзаде Г.Г., Шамиль-заде Т.И.

Dissertantlara elmi rəhbərlik və opponent:

Professorun müəyyən etdiyi fəlsəfə doktoru və elmlər doktorluğu üzrə dissertasiya mövzuları aktual problemlərin araşdırılmasına həsr olunur Professor Həqiqət Cavadovanın rəhbərliyi ilə 4 texnika elmləri namizədi hazırlanıb, hazırda 2 aspirantın və 1 doktorantın elmi rəhbəridir.

Elmi-təşkilati fəaliyyəti

H.Cavadova uzun müddət “Neft kimyası” ixtisası üzrə elmi dərəcələr verən ixtisaslaşdırılmış şuraların (AKİ, NKPİ) tərkibində işləmişdir. AMEA akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində D 01.031 dissertasiya Şurasının üzvdür.

AMEA Aşqarlar Kimyası İnstitutu

Həqiqət Cavadova 1988-ci ildən “Motor yağlarına aşqar kompozisiyaları” laboratoriyasına rəhbərlik edir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən iki qrant layihəsinin rəhbəri(EİF-2010-1(1)), (EİF/MQM/Sənaye- 2014-4(19) olmuşdur. Texnika üzrə fəlsəfə doktorları

  • Мамедкеримова Севиль Бергах кызы “Разработка новых смазочных композиций для форсированных транспортных дизелей на основе Бакинских масел” .-(02.00.13). 2004
  • Джавадова Ельмира Мехти кызы “Разработка смазочных композиций с улучшенными защитными свойствами” -(02.00.13) 2007.
  • Əzimov Elnur Vilayət oğlu “Bakı baza yağları əsasında müxtəlif təyinatlı dizel mühərrikləri üçün yeni sürtkü kompozisiyalarının yaradılması” – (02.00.13). 2011.
  • Babaşlı Aytən Əmirxan qızı “Teplovoz, sənaye və gəmi dizelləri üçün müxtəlif qrup sürtkü kompozisiyalarının yaradılması” – (2314.01) 2013.

Mükafatlar

  • Azərbaycan Respublikasının “Tərəqqi” medalı(2005).
  • “Əmək veteranı” fəxri adı(1988).
  • AMEA Rəyasət Heyətinin 3 fəxri fərmanı ilə təltif edilib (2004, 2009, 2014).

Həmçinin bax: