Murad Mahmudov
Murad Mahmudov – Azərbaycan Milli Ordusunun çavuşu, Vətən müharibəsi şəhidi. 10 oktyabr 2020-ci il tarixdə, Talış – Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Murad Mahmudov | |
---|---|
Mahmudov Murad Mahir oğlu | |
Murad Mahmudov | |
Doğum tarixi | 12 aprel 1995 |
Doğum yeri | Çayqaraqoyunlu, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | 10 oktyabr 2020 (25 yaşında) |
Vəfat yeri | Talış – Suqovuşan yaxınlığında, Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Uşaqları | Damla (d. 2017), Aysu (d. 2020) |
Hərbi fəaliyyəti | |
Rütbə | çavuş |
Haqqında daha ətraflı
12 aprel 1995-ci il tarixdə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.
2002 – 2012-ci illərdə Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbində oxuyub.
2013 – 2015-ci illərdə hərbi xidmətdə olub.
2015 – 2019-cu illərdə müxtəlif mülki işlərdə çalışıb.
2019-cu ilin avqust ayından yenidən hərbi xidmətə keçib.
2020-ci ilin oktyabrın 10-da Talış – Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Ailəli idi, Damla (d. 2017), Aysu (d. 2020) adında iki qızı var. Şablon:Yaxşı məqalə