Fikrət Cəfərov
Fikrət Cəfərov – Şəki şəhərinin sabiq meri; 2010 – 2015-ci illərdə Şəki şəhər bələdiyyəsinin sədri olmuşdur.
Fikrət Cəfərov | |
---|---|
Cəfərov Fikrət Neymət oglu | |
Fikrət Cəfərov, 2006-cı il | |
Anadan olub | 4 dekabr 1956 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
Haqqında məlumatlar
4 dekabr 1956-cı ildə Nuxada anadan olub.
Təhsili
1974-cü ildə Şəki şəhər 11 №-li orta məktəbi bitirib.
1975 – 1979-cu illərdə Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
Hərbi xidmət
1979 – 1981ci illərdə hərbi xidmət borcunu zabit kimi yerinə yetirib.
Əmək fəaliyyəti
1982 – 1985-ci illərdə Şəki “Mebel” Firma magazasının müdüri,
1985 – 1987-ci illərdə Şəki Rayon İstehlak Cəmiyyətinin Sədir müavini,
1987 – 1989-cu illərdə Şəki Qarışıq Mallar Ticarəti İdarəsinin baş direktoru vəzifəsində çalışıb.
2000 – 2004-cü illərdə Şəki şəhər İcra Hakimiyyəti yanında Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin rəhbəri olub.
2004-cü ildən Şəki şəhər bələdiyyəsinin üzvü,
2005-ci ildən Şəki şəhər bələdiyyə sədrinin birinci müavini,
2010 – 2015-ci illərdə isə Şəki şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
İctimai-siyasi fəaliyyəti
1990 – 1995-ci illərdə Şəki Şəhər Xalq Deputatları Sovetinin deputatı seçılmişdir.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəsi
Ailəlidir. Dörd evladı var.