Fərid Əlibalayev
Fərid Əlibalayev – 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasını bütün səhifələrini bir-bir skan edərək internetə yerləşdirmiş və hamı üçün əlçatan etmiş şəxs. Həmçinin, dəfələrlə intellektual yarışmaların fəal iştirakçısı və qalibi olub.
Fərid Əlibalayev | |
---|---|
Əlibalayev Fərid Nadir oğlu | |
Fərid Əlibalayev | |
Anadan olub | 26 may 1982 |
Anadan olduğu yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
Azərbaycan Neft Akademiyası, ingiliscə ( – 2003) Blekinge Texnologiya İnstitutu (İsveç), magistratura |
Haqqında məlumatlar
26 may 1982-ci il tarixdə Şəkidə, ziyalı ailəsində anadan olub.
Təhsili
1999-cu ildə Səki fizika riyaziyyat humanitar liseyini,
2003-cü ildə Azərbaycan Neft Akademiyasını (ingiliscə) bitirib.
Daha sonra Blekinge Texnologiya İnstitutunda (İsveç) magistr təhsil alıb.
Əmək fəaliyyəti
“Baker Hughes” şirkətinin əməkdaşıdır.