Hüseyn Mehdiyev

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 18:43, 18 mart 2021 tarixli redaktə

Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, kinoprodüseri, Azərbaycanın Əməkdar incəsənət xadimi (2000)[1], Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri.

Hüseyn Mehdiyev
Mehdiyev Hüseyn Mahmud oğlu
Hüseyn Mehdiyev
Hüseyn Mehdiyev, 2017-ci il.
Doğum tarixi 19 mart 1945 (1945-03-19) (79 yaş)
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Uşağı Nadir Mehdiyev
Peşəsi rejissor, ssenarist, operator
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2000
IMDb ID 0575346
şəxsi saytı
facebook səhifəsi

Haqqında məlumatlar

19 mart 1945-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1972 – 1977 illərdə Moskva Kinematoqrafiya İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1977-ci ildən «Azərbaycanfilm» kinostudiyasında işləyir, əvvəl quruluşçu-operator,

1984-ci ildən isə quruluşçu rejissor olub.

1993 – 2001 illərdə «Azərkinovideo» İB-nin Baş direktor müavini,

1999-cu ildən isə Azərbaycan Kinorejissorlar Gildiyası İdarə Heyətinin Sədri vəzifəsində çalışır.

Yaradıcılıq uğurları

1997-ci ildə I Beynəlxalq Madrid Kinofestivalında "Özgə vaxt" bədii filmi “Ən yaxşı rejissor işinə görə” nominasiyasının qalibi olub.

Təltif və mükafatları

Filmoqrafiya

  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978);
  2. Babamızın babasının babası (film, 1981);
  3. Böyük anda sadiqik (film, 1981);
  4. Brakonyer, yoxsa balıqçı? (film, 1991);
  5. Daha bir fənd (film, 1978);
  6. Diaqnoz (film, 1991);
  7. Diplom işi (film, 1979);
  8. Dissonans (film, 1978);
  9. Dostuma məktub (film, 1992);
  10. İşgüzar səfər (film, 1982);
  11. Qəm pəncərəsi (film, 1986);
  12. Qırmızıbayraqlı Azərbaycan (film, 1980);
  13. Qız qalası əfsanəsi (film, 1923) (bərpanın layihə rəhbəri);
  14. Qoca palıdın nağılı (film, 1984);
  15. Məkanın melodiyası (film, 2004);
  16. Mirzə Fətəli Axundov (film, 1982);
  17. Özgə vaxt (film, 1996);
  18. Səhnədə keçən həyat (film, 1991);
  19. Süd dişinin ağrısı (film, 1987);
  20. Süni bənövşələr (film, 2007);
  21. Şahid qız (film, 1990);
  22. Şəhərli biçinçilər (film, 1986);
  23. Şuşa (film, 1978);
  24. Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980);
  25. Tərlan Musayeva (film, 1980);
  26. Udi xalqı (film, 1993);
  27. Vah!.. (film, 1980).

Fotoları

 
Rasim Ocaqovun yubileyində.





İstinadlar

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.