Nuxa Dövlət Dram Teatrı
Sabir adına Nuxa Dövlət Dram Teatrı (Sabir adına Azərbaycan Dövlət Dramatik Teatrı) — 1933 – 1949-cu illərdə Nuxada (indiki Şəki) fəaliyyət göstərmiş teatr.
Nuxa Dövlət Dram Teatrı | |
---|---|
Əvvəlki adı | Sabir adına Azərbaycan Dövlət Dramatik Teatrı kimi |
Əsası qoyulub | 1933 |
Bağlanıb | 1949 |
Teatr binası | |
Status | ləğv olunub |
Tarixi
1933-cü ildə Nuxada fəaliyyətə başlamışdır. Teatr binası Nuxanın Lenin küçəsində yerləşən 2 mərtəbəli, 1902-ci ildə inşa edilmiş klubda yerləşmişdir və ərazisi 4275 kv m idi.
1936-cı ildən Azərbaycan teatr məktəbinin bir qrup tələbəsi: Böyükxanım Axundova, Yusif Vəliyev, Qafar Qafarov, Kamil Qubuşov, Məzahir Əmirov, Gülrux Zahidova, Zahid Zeynallı, Əlisəttar Yusifzadə, Məmməd Məmmədov, Xalidə Məmmədova, Sərxan Mustafayev, Əliməmməd Novruzov, Rza Sarabski, Hacıbaba Səlimov, Məmməd Xalıqov, Abbas Hüseynov, Həsən Hüseynov, Məhərrəm Cavanşirov, Fərəc Cavanşirov, Xeyransa Şabayeva və başqaları təhsillərini bitirib Nuxa Dövlət Dram Teatrında işləməyə başlamışdılar.
Nuxa Dövlət Dram Teatrı SSRİ Xalq Komissarları Soveti yanında İncəsənət İşləri Komitəsinin xüsusi 31 mart 1939-сu il tarixli qeydiyyatı ilə Sabir adına Azərbaycan Dövlət Dramatik Teatrı kimi pasportlaşdırılmışdır.
1948-ci ilin mart ayında Azərbaycan SSR İncəsənət İşləri Komitəsinin göstərişinə əsasən teatrın direktorunun əmri ilə 18 nəfər ixtisar yolu ilə işdən azad edilmişdir.
1949-cu ildə isə teatrın fəaliyyəti dayandırıldı.
Direktorları
- Məmmədkəbir Hacıoğlu (1941-ci ilin avqust ayından);
- Məmmədsani Məmmədov (dekabr, 1937-ci il — iyul, 1938-ci il tarixləri arasında);
- Məmmədiyyə Cabbarov (1948-ci ilin avqust ayından).
Ədəbiyyat
- Adışirinov K.F. XX əsrin əvvəllərində Şəki Teatrının ədəbi - mədəni mühitin inkişafına təsiri (azərb.) // Sumqayıt Dövlət Universiteti : “Elmi Xəbərlər” jurnalı. — Sumqayıt, 2018. — В. Sosial və humanitar elmlər bölməsi. —14 c. — № 3. — Səh. 21 – 24. — ISSN 1680-1245. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2021.