Gülçin Abdullayeva
Gülçin Abdullayeva — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri.
Haqında məlumatlar
20 yanvar 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1965 – 1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1970-ci ildə Azərbaycan SSR EA Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülüb.
1981-ci ildən başlayaraq, həmin institutda baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində çalışıb.
2009-cu ildən AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəridir.
İkinci iş yerləri
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasının dosentidir.
Elmi fəaliyyəti
1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2000-ci ildə dosent elmi adını alıb.
Çapdan çıxmış 125 elmi əsərin müəllifidir (57-si xarici ölkədə və bunlardan da 38-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmaqla). 6 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Təltif və mükafatları
“Tərəqqi” medalı (2005).
Ailəsi
Ailəlidir, iki oğlu var.
Ədəbiyyat
- "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Abdullayeva Gülçin Gülhüseyn qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 18 Jun 2018 – 29 Nov 2020 tarixində arxivləşdirilib.