Ələddin Əsədov

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 04:05, 24 iyul 2021 tarixli dəyişiklik

Ələddin Əsədov — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Kitabxana Kollektorunun direktoru[1], keçmiş telejurnalist.

Ələddin Əsədov
Əsədov Ələddin Qurban oğlu
Ələddin Əsədov
Ələddin Əsədov, 1990-cı il.
Doğum tarixi 24 iyul 1952 (1952-07-24) (71 yaş)
Doğum yeri Aşağı Küngüt, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi (–1978)

Haqqında məlumatlar

24 iyul 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.

1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1978 – 1983-cü illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasının redaktoru olub.

1980 – 1990-cı illərdə AzTV-də efirə gedən telemarafonların, canlı proqramların aparıcısı və müəllifi idi.

1983-cü ildən AzTV-nin “Gənclik” redaksiyasında redaktor, daha sonra baş redaktor vəzifəsində işləyib.

Sonralar «Renessans» nəşriyyatının direktoru, Az.RNB-nin idarə heyəti sədrinin müavini olub[2].

2017-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi/Mədəniyyət Nazirliyi Respublika Kitabxana Kollektorunun direktorudur[1].

Filmoqrafiya

İstinadlar

Mənbələr

  1. Nizami Rayonu İcra hakimiyyəti. "Mədəniyyət/İstirahət parkları və kinoteatrlar". http://www.nizami-ih.gov.az/ (azərb.). Nizami Rayonu İcra hakimiyyəti. 25 Jul 2013 – 21 Sep 2020 tarixində arxivləşdirilib.
  2. Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi. (azərb.). Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi. 29 Jul 2013 – 5 Mar 2016 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)

Şablon:Yaxşı məqalə