Köməkçi səhifə:Nikolay Dubrovin

Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 01:20, 26 may 2020 tarixli redaktə
Nikolay Dubrovin
Николай Фёдорович Дубровин
Nikolay Dubrovin
Doğum tarixi 8 dekabr 1837(1837-12-08)
Doğum yeri Korıtovo kəndi(ru), Velikolukski qəzası(ru), Pskov quberniyası(ru), Rusiya İmperiyası
Vəfat tarixi 12 iyun 1904 (66 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya İmperiyası
Vətəndaşlıq Rusiya İmperiyası
Elm sahəsi tarix
Atası Fyodor
Mükafatları

II dərəcəli Müqəddəs Vladimir ordeniIII dərəcəli Müqəddəs Vladimir ordeniIV dərəcəli Müqəddəs Vladimir ordeniAğ qartal ordeni (Rusiya)
I dərəcəli Müqəddəs Anna ordeniII dərəcəli Müqəddəs Anna ordeniIII dərəcəli Müqəddəs Anna ordeni

I dərəcəli Müqəddəs Stanislav ordeniII dərəcəli Müqəddəs Stanislav ordeniIII dərəcəli Müqəddəs Stanislav ordeni
Commonsda da Nikolay Dubrovin ilə əlaqəli mediafayllar var

Nikolay Dubrovin (8 dekabr 1837(1837-12-08), Korıtovo kəndi(ru) (indiki Pskov vilayətinin Velikolukski rayonunda(ru) ) — 25 iyun 1905(1905-06-25), Sankt Peterburq) — tarixçi, akademik, general-leytenant.

Bioqrafiya

 
Nikolay Fyodoroviç Dubrovin

Polşa kadet korpusunda(ru) (1853) və Konistantinov artilleriya məktəbində(ru) (1856) təhsil almışdır. Mixaylov artilleriya akademiyasını(ru) bitirdikdən sonra Leyb-qvardiyada(ru) – I artilleriya briqadasında, daha sonra qvardiya korpusunun artilleriya qərargahında və Peterburq dairə artilleriya idarəsində xidmət etmişdir. 1869-cu ildə hərbi-tarixi mövzular üzərində işləməsi üçün Baş qərargaha(ru) ezam olunur. 1878-ci ildə general-mayor rütbəsi alır, 1882-ci ildə Baş qərargah yanında hərbi təhsil komitəsinə üzv təyin edilir. 1888-ci ildə rütbəsi artırılır – general-leytenant olur[1].

1886-cl ildən — Peterburq Elmlər Akademiyasının üzvü, 1893-cü ildən — Peterburq Elmlər Akademiyasının mövcud bütün tarixlər üzrə baş elmi katibi(ru) idi.

Nikolay Dubrovin hərbi-ədəbi fəaliyyətə 1859-cu ildən – “Artilleriya Jurnalı”nda(ru) dərj olunmuş məqalələri ilə və "Rassvet" jurnalında dərv olunmuş “Dünya üçün ağıl” (rus.: Ум для света) adlı povesti ilə başlamışdır. Daha sonra o, başlıca olaraq, rus hərb tarixini tədqiq etməyə çalışmış, Napolyonun Rusiyaya hücumunu (1812)(ru) (rus.: Отечественная война 1812 года), Qafqaz müharibəsini və Krım müharibəsini ilk olaraq arxiv materialları əsasında işıqlandırmışdır.

Tanınmış hərb tarixçisi Lübomir Beskrovnıya(ru) görə,

  N. K. Dubrovin XIX əsrin ikinci yarısının hərb tarixçiləri arasında xüsusi yer tutur. O, həmin dövrün hərb tarixi elmində məxsusi dəsti-xəttə malik olmaqla başqalarından fərqlənirdi. N. K. Dubrovinin maraq dairəsi geniş idi. O, hərb tarixi məsələləri ilə yanaşı, həm də Rusiyanın diplomatik və daxili siyasət tarixi ilə məşğul olmuşdu[2].  

Hərbi-tarixi mövzuda əsas əsərlərinin siyahısı

İstinadlar

  1. Список генералам по старшинству(ru). Составлен по 1-е мая 1904 года. СПб., 1904, с. 160.
  2. Бескровный Л. Г. Очерки военной историографии России. — М., 1962, с. 241.

Ədəbiyyat

  • А. Куник. Записка об ученых трудах Н. Ф. Дубровина. СПб., 1890.
  • В. Е. Рудаков. Учёно-литературная деятельность Н. Ф. Дубровина «Исторический Вестник», 1904, № 9.
  • В. Н. Строев. Воспоминания, «Русская старина», 1904.
  • Перечень некрологов — в № 7, «Исторического Вестника» за 1904 г.
  • Дубровин Николай Фёдорович // Энциклопедия Санкт-Петербурга.
  • Список генералам по старшинству(ru). — Составлен по 1 мая 1903 года. — : Воен. тип., 1903. — С. 163.
  • Л. Г. Бескровный. Очерки военной историографии России. М., 1962.

Xarici linklər