Yeddi Şəki nağılı
Yeddi Şəki nağılı 1905-c ildə – “Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu”nda (rus.: Сборник материалов для описания местностей и племен Кавказа) (35-ci cild) rusca dərc edilib. Nağılları Nuxa rus – sünni-tatar məktəbinin müəllimi S. Abdurrəhman toplamışdı.
2010-cu ildə Aydın Məmmədov həmin nağılları ruscadan azərbaycancaya tərcümə edərək özünün “Şəkinin səsi” qəzetində və “Şəki tarixi” saytında dərc edib.
2013-cü ildə “Azadlıq” radiosu Aydın Məmmədovun tərcüməsi əsasında nağıllardan dördünün audio-yazısını hazırlayıb.
Nağılların həm rusca və həm də azərbaycaya tərcüməsinin mətnləri, o cümlədən, nağıllardan dördünün 2013-cü ildə “Azadlıq” radiosu tərəfindən hazırlanmış audio-yazısı 2019-cu ilin 11 sentyabrından Şəki Ensiklopediyasında da yerləşdirilib. 2019-cu ilin noyabr ayında isə daha iki nağılın audio-yazısı bura əlavə olunub.