Nəhayət Əhmədova
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:02, 1 iyun 2020 tarixli dəyişiklik
Nəhayət Əhmədova (Əhmədova Nəhayət Allahyat qızı; 7 oktyabr 1925-ci il, Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR – ö. 5 may 1992-ci il, Şəki, Azərbaycan Respublikası) – Nuxa/Şəki radiosunun diktoru (1962 – 1983).
Nəhayət Əhmədova | |
---|---|
Əhmədova Nəhayət Allahyat qızı | |
Nəhayət Əhmədova, 1975-ci il | |
Anadan olub | 7 oktyabr 1925 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 5 iyun 1992 (67 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Nuxa İkiillik Müəllimlər İnstitutu (1945) |
Mükafatları |
Haqqında məlumatlar
1925-ci ildə Nuxada anadan olub.
1942-ci ildə Nuxa şəhər pionerlər evində dərnək rəhbəri kimi əmək fəaliyyətinə başlayıb.
1945-ci ildə Nuxa İkiillik Müəllimlər İnstitutunu bitirib.
1945 – 1983-cü illərdə 5 və 10 saylı məktəblərdə dil-ədəbiyyat müəllimi işləyib.
1949-cu ildə Moskva şəhərində keçirilən ÜLKGİ–nin XI qurultayında Azərbaycan SSR-nin nümayəndə heyətinin üzvü olub.
1962 – 1983-cü illərdə Nuxa/Şəki radiosunun diktoru olub.
“Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” və “Əmək veteranı” medalları ilə təltif edilib.