Azər İsgəndərov

Mammadov2 (Müzakirə | töhfələr) (→‎Fotolar) tərəfindən edilmiş 02:43, 14 avqust 2023 tarixli dəyişiklik

Azər İsgəndərov — tanınmış musiqiçi-pedaqoq, zərb ələtləri ifaçısı və vokalist. 1975-ci ilin yayından Şəki şəhər mədəniyyət evinin 14 – 18 yaşlılardan ibarət estrada ansamblında, 1976-cı ildən Şəki şəhər M.Füzuli adına Mədəniyyət və İstirahət Parkının nəzdində Rahib Məmmədovun yaratdığı estrada ansamblında, sonra uzun müddət “Zirvə” vokal-instrumental ansamblında zərb alətləri ifaçısı və vokalist kimi fəaliyyət göstərmiş, “Zirvə”nin heyətində Bakıda, eləcə də respublikanın bir sıra rayonlarında, həmçinin Moskvada və Rusiyanın digər şəhərlərində, Qazaxıstanda, Türkiyədə keçirilən tədbirlərdə, konsertlərdə, festivallarda çıxış etmiş, uzun müddət Şəki şəhər 2 №-li musiqi məktəbində nağara ixtisası üzrə dərs demişdir.

Azər İsgəndərov
İsgəndərov Azər
Azər İsgəndərov
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1959 (1959-04-08) (65 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Musiqi alətləri tar və nağara
facebook səhifəsi

Haqqında məlumatlar

8 aprel 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966 – 1974-cü illərdə Şəki şəhər 19 №-li orta məktəbdə,

1969 – 1974-cü illərdə Şəki şəhər 1 №-li musiqi məktəbinin tar şöbəsində,

1974 – 1978-cü illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin tar şöbəsində təhsil alıb.

Hərbi xidməti

1978 – 1980-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1978-ci ildə bir neçə ay Şəki şəhər 2 №-li musiqi məktəbində zərb alətləri ixtisası üzrə müəllim,

1981 – 2018-ci illərdə nağara ixtisası üzrə müəllim işləyib.

Fotolar