Soltan Abdullayev
Soltan Abdullayev ( Abdullayev Soltan Məmməd oğlu; d. 15 fevral 1930-cu il, Nuxa Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 20 iyun 2002-ci il, Şəki, Azərbaycan Respublikası) – dövlət və partiya məmuru, Azərbaycan SSR KP Şəki Şəhər Komitəsinin katibi (1970 – 1973) və bir sıra digər məsul partiya, dövlət və digər vəzifələrdə işləmişdir.
Soltan Abdullayev | |
---|---|
Abdullayev Soltan Məmməd oğlu | |
Soltan Abdullayev, 1976-cı il | |
Anadan olub | 15 fevral 1930 |
Anadan olduğu yer | Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 20 iyun 2002 (72 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan Respublikası |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
|
Haqqında məlumatlar
1930-cu ildə Nuxada anadan olub.
Nuxa 12 №li orta məktəbdə oxuyub.
1946 – 1949-cu illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb.
1949-cu ildə Nizami adna kolxozda (Bideyiz kəndində) aqronom kimi əmək fəaliyyətinə başlayıb.
1950 – 1955-ci illərdə S.Ağamalıoğlu adına Kirovabad Kənd Təsərrüfatı İnstitutunda (indiki Gəncə Aqrar Universitetində) təhsil alıb.
1955 – 1963-cü illərdə S.M.Kirov adına Qışlaq kolxozunda Kənd təsərrüfatı Nazirliyinin toxumçu aqronomu, baş aqronom, Daşüz camışçılıq sovxozunda baş aqronom, rayon aqrokimya laboratoriyasının müdiri, Nuxa rayonunda və Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsində baş aqronom, təşkilatçı müfəttiş, Nuxa Şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmıb.
1958-ci ildə SSRİ Xalq Təssərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olub.
1963 – 1965-ci illərdə Bakı Ali Partiya Məktəbinin(az) dinləyicisi olub.
1965 – 1970-ci illərdə Nuxa/Şəki Şəhər Partiya Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri,
1968 – 1970-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləyib.
1970 – 1973-cü illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin katibi,
1974 – 1976-cı illərdə Şəki Şəhər Həmkarlar İttifaqları Şurasının sədri,
1976 – 1985-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri,
1985 – 1992-ci illərdə Şəki rayon Bitki Mühaizəsi Stansiyasının rəisi olub.
1992-ci ildə təqaüdə çıxdıqdan sonra Şəki İpəkçilik İdarəsində aqronom işləyib.
Müxtəlif illərdə Nuxa, Şəki və Vartaşen rayonları Xalq Deputatları Sovetlərinin deputatı seçilib. 2002-ci ildə Şəkidə vəfat edib.
Mükafatları
- ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan KP Şəki Şəhər Komitəsinin fəxri fərmanları,
- “Sosializm yarışının qalibi” döş nişanı,
- “Əmək veteranı” medalı.
Ailəsi
- Həyat yoldaşı: Abdullayeva Binyət Xəlil qızı
- Evladları: Xatirə, Elxan, Elçin, Cavanşir