MediaWiki:Brokhauz və Efronun ensiklopedik lüğəti

WikiSysop (müzakirə | redaktələr) (WikiSysop Redaktə Brokhauz və Efronun ensiklopedik lüğəti səhifəsinin adını Brokhauz və Efronun ensiklopedik lüğəti olaraq dəyişdi.) tərəfindən edilmiş 23:53, 16 mart 2020 tarixli redaktə

Brokhauz və Efronun ensiklopedik lüğəti (rus.: Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauzİlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild.

Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır.

Tarixi

Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s.

Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir.

Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.

1899-1902 illərdə "Brokhauz və Efronun kiçik ensiklopedik lüğəti" (3 cilddə) nəşr edildi. 1907-1909-cü illərdə ensiklopediyanın 4 cilddən ibarət ikinci nəşri çapdan çıxdı.

1911-1916 illərdə "Yeni ensiklopedik lüğət" nəşr edildi. Ensiklopediyanın 48 cilddə olması nəzərdə tutulsa da, yalnız 29 cildi çapdan çıxdı. Sonuncu məqalə "Отто" sözünə aid idi.


Xarici keçidlər