Fəxrəddin Əbülfət oğlu Qədirov — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007)[1], AMEA-nın həqiqi üzvü (2014)

Fəxrəddin Qədirov
az.: Fəxrəddin Əbülfət oğlu Qədirov
Fəxrəddin Qədirov
Doğum tarixi 19 iyul 1950(1950-07-19)
Doğum yeri Şəki
Azərbaycan SSR
SSRİ
Vətəndaşlıq SSRİ
Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları “Şöhrət” ordeni (Azərbaycan)

Həyatı

Fəxrəddin Qədirov 19 iyul 1950-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1967-ci ildə Şəki şəhər 10 saylı orta məktəbi gümüş medalla bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1972-ci ildə oranı bitirmişdir.

Hələ tələbəlik illərində F.Qədirov elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, Novosibirsk və Moskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə çıxış etmişdir.

Yer fizikasına olan həvəsi 1975-ci ildə F.Qədirovu AMEA Geologiya İnstitutuna gətirmişdir. Əmək və elmi fəaliyyəti ilə AMEA Geologiya İnstitutuna bağlanan F.Qədirov 1981-1986-cı illərdə kiçik elmi işçi, 1986-1988-ci illərdə böyük elmi işçi, sonralar “Qravimetriya” laboratoriyasının rəhbəri, “Geodinamika və Seysmologiya” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013-2020-ci illərdə AMEA Rəyasət heyətinin üzvü, Yer Elmləri Bölməsinin akademik -katibi olmuşdur..Hazırda akademik F.Qədirov AMEA Yer Elmlər Bölməsi Elmi Şurasının sədr müavini və AMEA Neft və Qaz institutunun direktorudur. O, eyni zamanda BDU-nun geologiya fakültəsinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının professoru və AMEA-nın Geologiya və Geofizika İnstitutundakı filialının rəhbəridir. F.Qədirov AMEA Geologiya və Geofizika İNstitutunda “Yer Fizikası” seksiyasının, “Geodinamika və kosmik geodeziya” şöbəsinin rəhbəridir. F.Qədirov, eyni zamanda AMEA Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəridir.

F.Qədirov 1984-cü ildə geofizika ixtisası üzrə “Yerin üst mantiyasının iki təbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi,

2002-ci ildə isə “Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələrini almışdır.

Qafqazın müasir geodinamikasının və seysmik aktivliyinin tədqiqi, zəlzələlərin paylanmasının geotektonik aspektlərinin inkişaf etdirilməsi, geoloji proseslərin fiziki mexanizmlərinin öyrənilməsi, qravitasiya sahəsinin məkan və zaman dəyişmələrinin ədədi analizi və yer qabığı quruluşunun modelləşdirilməsi kimi problemlər onun elmi tədqiqatlarının əsas istiqamətlərini təşkil edir.

1998 və 2000-ci illərdə ABŞ-nın Massaçusets Texnologiya İnstitutunda GPS tədqiqatları ilə məşğul olan alim bu texnologiyanı dərindən mənimsəmiş və 1998-ci ildə onun təşəbbüsü ilə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi qurulmuş və GPS texnologiyası əsasında Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur.

F.Qədirovun rəhbərliyi altında Azərbaycanda 20 ildən artıq müddətdə aparılan GPS monitorinqi nəticəsində Yer qabığının üfüqi hərəkətləri öyrənilmiş, zəlzələ təhlükəsini daha dəqiq dəyərləndirmək üçün deformasiya enerjisinin akkumulyasiya qanunauyğunluqları müəyyənləşdirilmiş, Qafqaz blokunun saat əqrəbinin əksinə dönməsi və Azərbaycan ərazisinin geodinamik şəraitinə təsiri tədqiq olunmuş, Abşeron yarımadasının cənub hissəsinin şərqə tərəf hərəkət etməsi və intensiv yer qabığı qısalmalarının sürəti və baş verdiyi ərazilər müəyyən edilmiş və bütün bunların seysmik proseslərdəki rolu aydınlaşdırılmışdır.

Alim ilk dəfə olaraq Azərbaycanın neftli-qazlı vilayətlərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və burada konveksiya axınının mümkünlüyünü göstərmiş, palçıq vulkanları quruluşunun qravitasiya və aktivləşmə mexanizmi modelini vermişdir.

F.Qədirov tərəfindən Qafqaz-Xəzər regionunun litosfer quruluşunun 3D qravitasiya modeli hazırlanmış və qırılmaların səth və dərinlik paylanması öyrənilmişdir. Onun təcrübi və nəzəri tədqiqatları nəticəsində Cənubi Xəzər hövzəsində Moho sərhədi altında sıxlığı böyük olan təbəqənin olduğu müəyyən edilmiş və bu təbəqənin regionun geodinamikasındakı rolu öyrənilmişdir.

2007-ci ildə geofizika ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

2014-cü ildə geofizika ixtisası üzrə AMEA-nın həqiqi üzvü seçilmişdir.

2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[2]

250-dən çox elmi məqalənin, 2 monoqrafiyanın müəllifi və 8 monoqrafiyanın həmmüəllifidir. Onun həmmüəllifi olduğu iki cildlik “Geosciences of Azerbaijan” (Volume I: Geology; Volume II: Economic Geology and Applied Geophysics) kitabı 2017- ci ildə nüfuzlu Springer nəşriyyatında çap olunmuşdur. F.Qədirov 9 beynəlxalq elmi-tədqiqat layihəsinin rəhbəri olmuş, ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə təmsil etmişdir.

Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi və 2 elmlər doktoru hazırlanmış və hazırda 4 doktorantın elmi rəhbəridir. F.Qədirov bir sıra elmi cəmiyyətlərin, o cümlədən Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Geofiziklər İttifaqının (təşkilatının) (AGU), Amerika Neftçi-Geoloqlar İttifaqının (AAPG) üzvüdür.


https://www.iag-aig.org/iag-newsletters/235

International Association of Geodesy a Constituent Association of International Union of Geodesy and Geophysics (IUGG)

Gy. Tóth | 2020-04-15

April 2020

General Announcements

•In Celebration of the 70th Birthday of Academician, Professor Fakhraddin A. Kadirov General Announcements In Celebration of the 70th Birthday of Academician, Professor Fakhraddin A. Kadirov

Academician, Professor Fakhraddin A. Kadirov (Gadirov) was born on July 19, 1950 in Sheki region, Azerbaijan. In 1972 he graduated from the physics faculty of the Azerbaijan State University (now Baku State University), received his PhD in Geophysics in 1984, his DSc degree in Geophysics in 2002 in Azerbaijan and professorship of Geophysics in 2007. In 2007 he was elected as a corresponding member of Azerbaijan National Academy of Sciences (ANAS), and in 2014 a full (active) member of ANAS. He started his academic career since 1974 in the "Gravimetry" laboratory of the Institute of Geology (now Geology and Geophysics Institute) of Azerbaijan National Academy of Sciences (ANAS). Before that, he was in full time physics teacher’s position at Baku State University, Azerbaijan. Besides, he was a professor at the "Earthquake Research Center" of Ataturk University, Turkey in 1992-1995, and at the "Geophysical Engineering" department of the Black Sea Technical University, Turkey in 1996-1998 within the framework of the mutual scientific agreement between Azerbaijan National Academy of Sciences and Educational Council of the Republic of Turkey. At Geology Institute, he headed "Gravimetry" laboratory during 1989-2003, "Geotectonics and geodynamics" department in 2005-2007, the department of "Geodynamics and seismology" in 2008-2015, and since 2015 newly formed “Geodynamics and space geodesy” department. Since 2008 until the present time, Professor Kadirov is the head of the Earth Physics section of the Institute. He is also presently the head of the Azerbaijan National Information Center of the Comprehensive Nuclear-Test-Ban Treaty Organization (CTBTO), which operates by Geology and Geophysics Institute of ANAS. Academician Kadirov is one of the most outstanding scientists-geophysicists in Azerbaijan today. He also ranks as one of the most prominent geodynamicists in the country. He has made immense contributions of great significance to several facets of geophysics, tectonic geodesy and geodynamics. He wrote many important papers and reviews on these subjects. Having returned from the Massachusetts Institute of Technology (MIT) between 2000 and 2001, he launched GPS technology in Azerbaijan, applying it in studying the geodynamic and kinematic conditions of the Caucasus-Caspian region, geodynamic safety of oil and gas fields and energy corridors within the concept of plate tectonics. Professor Kadirov’s contributions to geophysics cover a wide range of topics that include numerical analysis of geophysical fields and study of spatio-temporal distribution of regularities in geophysics. His immense contributions helped in the understanding of important phenomena and relationships in modern crustal movements of the Caucasus-Caspian region, modern kinematics and modeling of depth structure. His research in the study of earthquakes and faults by fractal and statistical methods is significant. He has proposed the existence of the Caucasus plate and its counterclockwise rotation, and a new geodynamic model of the territory of Azerbaijan based on the concept of plate tectonics. Based on the analysis of gravimetric observations, he has shown fluctuations occurred in the variations of the gravitational field before a strong earthquake. He has been theoretically working on the study of the processes of gravitational equilibrium in the sedimentary layers of the oil and gas areas of Azerbaijan and has developed a model of convection and activation of mud volcanoes within fluid migration. His long and illustrious career has led to about 250 research papers, including monograph "Model of gravitational field and depth structure of Azerbaijan" published in Russian, "Geology of Azerbaijan", volumes IV, V and VII, “Hydrocarbon systems of the South Caspian Basin” in English. He is co-author of the two-volume “Geosciences of Azerbaijan” and other books published by Springer Publishing House, as well as gravitational map of the Caspian region. His works are widely cited in well-known international peer-reviewed journals. Many honors and awards have been conferred on Professor Kadirov during the years of his dedication to science and research. In 2010 he has been awarded the certificate of honor of ANAS and in 2015 he has been awarded the Order of Glory from the President of Azerbaijan. He has been awarded honorary professor degree of «Seismology and the physics of the Earth» department of the geology faculty from his alma mater Baku State University. He has built many departments of great quality in Geology and Geophysics Institute of ANAS, has trained 14 PhDs and 2 DScs in geophysics. He is a fellow of all the major academies of the world including the European Association of Geologists and Engineers (EAGE), the American Association of Petroleum Geologists (AAPG), the American Geophysical Union (AGU), the European Union of Earth Sciences (EGU) and the Azerbaijan Geophysical Society. Since 2009, he has been the national representative of the International Geodesy Association of Azerbaijan National Committee of IUGG, and the head of Scientific Council of Geodesy and Geophysics of the International Association of Academies of Sciences (in Russian, MAAN). He is also the Deputy Editor of ANAS Transactions, Earth Sciences journal published in Azerbaijan, a member of editorial board of "Seismic Observations in Azerbaijan", “Geophysics News in Azerbaijan”, "Journal of Engineering Sciences" of Pamukkale University and reviewer of European "Geophysical Prospecting" and "Geodynamics" and others. Academician Kadirov has been a project manager in many international and local consortia in Azerbaijan. He has repeatedly delivered scientific reports at international scientific conferences in the United States and Europe, and has been awarded a number of scientific grants from the US National Science Foundation, NSF, CRDF, STCU, EAGE and others. During 2013-2019, academician Kadirov was a member of the Presidium of ANAS and academic secretary of the Department of Earth Sciences Division of ANAS. Presently, he is the Deputy Chairman of the Scientific Council of Earth Sciences Division of ANAS. In 2020, Professor Kadirov was appointed Director of the Institute of Oil and Gas Institute by the decision of the Board of ANAS. The most important and characteristic point of academician, professor Kadirov is his ability to think aiming to generate new ideas and concepts which are truly original. Gulam Babayev

İstinadlar

  1. "Fəxrəddin Əbülfət oğlu Qədirov". AMEA (azərb.). science.gov.az. 2012. İstifadə tarixi: 2014-09-24.
  2. Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

https://www.iag-aig.org/iag-newsletters/235