Aydın Süleymanov
Süleymanov Aydın Məmmədəli oğlu — fizika-riyaziyyat elmləri namizədi, "Fizika" dərs vəsaitinin müəllifi.
Aydın Süleymanov | |
---|---|
Aydın Məmmədəli oğlu Süleymanov | |
Aydın Süleymanov | |
Doğum tarixi | 15 mart 1949 |
Doğum yeri | Şəki |
Vətəndaşlıq | Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Həyatı
Aydın Süleymanov 15 mart 1949-cu ildə Şəki şəhərində dünyaya gəlmişdir. l966-cı ildə Şəki şəhər 11 saylı orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. l971-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək "fizik", "fizika müəllimi" ixtisasına yiyələnmişdir. Sonrakı illərdə fizika institutunun aspiranturasında oxumuş, dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1972-ci ildən əmək fəaliyyətinə AEA-nın Fizika institutunda başlamış və burada laborantlıqdan baş elmi işçi - dosent vəzifəsinə qədər yüksəlmişdir. l994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə müqavilə əsasında əməkdaşlıq etmiş, orada keçirilən fizika fənni üzrə elmi metodiki seminarın işində yaxından iştirak etmiş, "Abituriyent" jurnalında çoxlu sayda elmi və metodiki məqalələr çap etdirmişdir. Həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən çapa tövsiyə olunan və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunan bir neçə dərs vəsaitinin və dərsliyin, 7, 8 və 11-ci siniflər üçün Azərbaycan və rus dillərində fizika fənni üzrə test tapşırıqları kitabının, "Fizika" dərs vəsaitinin və ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün fizika fənni üzrə dərsliyin müəllifidir.
Ailəlidir. Bir oğlu, iki qızı və altı nəvəsi var.
Mənbə
- Araz Yaquboğlu. Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011.