Mustafa Şərifov
Mustafa İsmayıl oğlu Şərifov (1875-1938) — ilk azərbaycanlı sanitar-həkim.
Mustafa Şərifov | |
---|---|
Mustafa İsmayıl oğlu Şərifov | |
Mustafa Şərifov | |
Anadan olub | 1875 |
Anadan olduğu yer | Şəki, Şəki qəzası |
Vəfat edib | 1938 |
Vəfat etdiyi yer | Bakı |
Təhsili | Xarkov Universiteti, 1899[1] |
Həyatı
Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu. 1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur.[2] Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir. M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir.
Mustafa Şərifov 1938-ci ildə vəfat edib.
İstinadlar
- ↑ [1]
- ↑ CBC (21.04.2016). "Музей медицины Азербайджана" (русский). Youtube.com. İstifadə tarixi: 2016-04-21.