Səlhab Məmmədov
Səlhab Məmmədov (Məmmədov Səlhab İsa oğlu; d. 1 aprel 1943-cü il, Nuxa, Azərbaycan SSR, SSRİ ) — Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektoru.
Səlhab Məmmədov | |
---|---|
Məmmədov Səlhab İsa oğlu | |
Səlhab Məmmədov | |
Səlhab Məmmədov | |
Doğum tarixi | 4 yanvar 1943 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan SSR→ SSRİ |
Fəaliyyəti | heykəltəraş |
Təhsili | Tbilisi Dövlət Rəssamlıq Akademiyası |
Mükafatları |
|
Commonsda da Səlhab Məmmədov ilə əlaqəli mediafayllar var |
Haqqında məlumatlar
1943-cü ildə Nuxada anadan olub.
1962 – 1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.
1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1982 – 1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olub.
1989 – 1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim,
1993 – 1999-cu illərdə dosent vəzifəsində işləyib.
1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.
2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr işləri üzrə prorektorudur.
“Təsviri incəsənətdə rəsm”, “Rəsm sənəti” kimi elmi əsərlərin müəllifidir.
Azərbaycanda, Rusiya Federasiyasının Moskva, Peterburq şəhərlərinda və başqa xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.
Oğlu Elxan Məmmədov AFFA-nın baş katibidir.
- Saxsı və metalda işlənən relyef kompozisiyalarından “Xoş gəlmisiniz!” (1969, Panno “İnturist” binasının ön tərəfində);
- “İnturist” binasının interyeri üçün hazırlanmış “Şərq motivləri” silsiləsi;
- Metalda işlənmiş “Şərq melodiyası”, “İçəri şəhər”, “Qarabağ melodiyaları” kimi pannolar,
- “Bakı-Neft şəhəri” mövzusunda bir sıra rəsmlər və vitraj;
- “Naxçıvan” mehmanxanasının parlaq vitrajları;
- Qobustana həsr edilmiş 16 kompozisiya;
- “İçəri şəhər” dekorativ ləyən formasında plastik metal kompozisiya;
- Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan “Dostluq” relyefi;
- “Azadlıq rəmzi”;
- Berlində (Almaniya) ucaldılmış “Xocalı” abidəsi;
- Romada (İtaliya) “Villa Borghese” parkında ucaldılmış Nizami Gəncəvinin abidəsi;
- Polşanın Qniezno şəhərində ucaldılmış “Dostluq” abidəsi.
Mükafatları
Aidiyyəti linklər
- Нармина Велиева. «Искусство прежде всего»
- Салхаб Мамедов: «Мне никто эту галерею не дарил»
İstinadlar
- ↑ "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 29 dekabr 2006. İstifadə tarixi: 14 yanvar 2020.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 17 iyun 2008. İstifadə tarixi: 14 yanvar 2020.
- ↑ "S.İ. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (azərb.). 19 dekabr 2012. İstifadə tarixi: 14 yanvar 2020.
- ↑ "S.İ.Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 28 dekabr 2017. İstifadə tarixi: 14 yanvar 2020.