MediaWiki:Bakı vilayəti
Bakı vilayəti — Azərbaycan SSR-in 1952 — 1953-cü illər arasında birinci dərəcəli iki inzibati-ərazisindən biri. İnzibati mərkəzi Bakı şəhəri idi.
Bakı vilayəti 3 aprel 1952-ci il tarixdə, Gəncə vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. Bakı vilayəti Azərbaycan SSR ərazisinin bütün şərq və cənub hissəsini əhatə edirdi və 32 rayondan (Əli Bayramlı, Astara, Astraxanbazar, Ağsu, Cəbrayıl, Dəvəçi, Jdanov, Zəngilan, İmişli, İsmayıllı, Qazıməmməd, Qaryagin, Qonaqkənd, Qubadlı, Qusar, Kürdəmir, Laçın, Lənkəran, Lerik, Mərəzə, Masallı, Puşkin, Saatlı, Sabirabad, Xaçmaz, Xızı, Xıllı, Xudat, Şamaxı və Yardımlı) ibarət idi.
Vilayət İcraiyyə Komitəsinin sədri Həsən Seyidov, K(b)P vilayət komitəsinin sədri Mirteymur Yaqubov olub[1].
Bakı vilayəti yaradıldıqdan 1 il sonra, 23 aprel 1953-cü ildə ləğv edilmişdir[2].