MediaWiki:Təltif/SSRİ/Lenin komsomolu mükafatı

Lenin komsomolu mükafatı
rus.: Премия Ленинского комсомола
RIAN archive 468648 Sign of winner of Lenin Komsomol prize.jpg

Ölkə Flag of the Soviet Union.svg SSRİ
Tip mükafat
Kimə verilir elm, texnologiya, istehsal, mədəniyyət sahələrində nailiyyət qazanan şəxslərə
Status verilmir
Statistika
Təsis tarixi 28 mart 1966
Birinci təltif 1966
Son təltif 1991
Ardıcıllıq
Daha yüksək mükafat SSRİ Dövlət mükafatı

Ümumittifaq Lenin komsomolu mükafatı (rus.: Премия Ленинского комсомола) — komsomol üzvlərinə, eləcə də kollektiv və təşkilatlara elm, texnologiya, istehsal, mədəniyyət sahələrindəki yüksək nailiyyətlərinə görə, həmçinin Ümumittifaq sosializm yarışılarıda ən yüksək nailiyyət əldə etmiş yaradıcı təşəbbüs göstərən gənclərə verilən mükafat.

Tarixi

Mükafat ÜİLKGİ Mərkəzi Komitəsinin 28 mart 1966-cı il tarixli qərarı ilə təsis edilmiş və əvvəlcə ədəbiyyat, incəsənət, jurnalistika və memarlıq sahəsində nailiyyətlər əldə edən şəxslərə verilirdi. Sonradan mükafat digər sahələr üzrə də təqdim edilməyə başlandı.[1]

İttifaq respublikalarında Lenin komsomolu mükafatları

  • N.A.Ostrovski adına Ukrayna SSR Lenin komsomolu mükafatı (təs. 1958)
  • Qazaxıstan SSR Lenin komsomolu mükafatı (1964)
  • Gürcüstan SSR Lenin komsomolu mükafatı (1966)
  • Azərbaycan SSR Lenin komsomolu mükafatı (1966)
  • Litva SSR Lenin komsomolunun respublika ədəbi mükafatı (1966)
  • Tacikistan SSR Lenin komsomolu mükafatı (1966)
  • Belorusiya SSR Lenin komsomolu mükafatı (1967)
  • Moldova SSR Boris Qlavan adına Lenin komsomolu mükafatı (1967)
  • Ermənistan SSR Lenin komsomolu mükafatı (1967)
  • Özbəkistan SSR Lenin komsomolu mükafatı (1967)
  • Qırğızıstan SSR Lenin komsomolu mükafatı (1967)
  • Estoniya SSR Lenin komsomolu mükafatı (1968)
  • Türkmənistan SSR Lenin komsomolu mükafatı (1968)
  • Latviya SSR Respublika Lenin komsomolu mükafatı (1969)

İstinadlar