Changes

1.919 bayt əlavə edildi ,  17:01, 19 mart 2020
Səhifəni 'Kateqoriya: G[[Şəkil:Şəki_fəhləsi,_17_oktyabr,_1931.jpg|thumb|17 oktyabr 1931-ci il tarixli "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun adı çəkilir.]...' ilə yarat
[[Kateqoriya: G]][[Şəkil:Şəki_fəhləsi,_17_oktyabr,_1931.jpg|thumb|17 oktyabr 1931-ci il tarixli "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun adı çəkilir.]]

'''Göynük rayonu''' — 1930-1931-ci illərdə [[Azərbaycan SSR]] ərazisində, Nuxa, yaxud Şəki dairəsinin<ref group=q>"Şəki fəhləsi" qəzetindən məlum olur ki, bu dairə Qax, Vartaşen, Cəfərabad Göynük rayonlarından və Nuxa şəhərindən ibarət idi. Lakin, dairənin adı barədə qəzetdə məlumat yoxdur. Nuxa dairəsindən əvvəlki Zaqatala-Nuxa dairəsi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Prezident Kitabxanasının internetə yerləşdirdiyi “İnzibati ərazi vahidləri” adlı PDF fayla görə) 6 iyul 1929-cu il tarixli “Şəki fəhləsi” qəzetində "Zaqatala-Şəki mahalı" adı ilə göstərilir. </ref> tərkibində inzibati ərazi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident Kitabxanasının internetə yerləşdirdiyi “İnzibati ərazi vahidləri” adlı PDF faylda Göynük rayonunun, [[Cəfərabad rayonu]] və bir çox rayonlarla birlikdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə yaradılması və 1931-ci ilin fevralında hər ikisinin bəzi rayonlarla birlikdə ləğv edilməsi göstərilir. Lakin ilin sonunda nəşr olunmuş [[Şəki fəhləsi (qəzet)|"Şəki fəhləsi"]] qəzetində Göynük rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi (qismən, yaxud tamamilə?) yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir.

== Qeydlər ==
<div class="references-small">
<references group=q/>
</div>

==Mənbə==
*[http://files.preslib.az/projects/azerbaijan/gl2.pdf İnzibati-ərazi vahidləri. Səh.: 4. ]

[[Kateqoriya:Azərbaycanın ləğv olunmuş rayonları]]
[[Kateqoriya:Şəki rayonu]]