Changes

Səhifəni 'thumb|right|200 px '''Musabəyli Mehman Həsən oğlu''' — Azərbaycan dramaturqu, nasir, tərcüməçi. == Həyatı == Mehman Musab...' ilə yarat
[[Şəkil:Mehman Musabəyli.jpg|thumb|right|200 px]]

'''Musabəyli Mehman Həsən oğlu''' — Azərbaycan dramaturqu, nasir, tərcüməçi.

== Həyatı ==
Mehman Musabəyli 1971-ci ildə Şəki şəhərində anadan olub. 1988-ci ildə Şəki şəhəri 14 №-li orta məktəbi bitirib. 1993-cü ildə Bakı 12 №-li orta texniki peşə məktəbini kinomexanik ixtisası üzrə bitirib.

1998-ci ildə M.A. Əliyev ad. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Televiziya rejissoru fakultəsinə qəbul olunub.

1991-1992 – ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə quraşdırıcısı, 1992-1993 –cü illərdə Hüseynağa Atakişiyevin Gənclər Teatrında (indiki Dövlət Gənclər Teatrı) baş maşinist vəzifəsində çalışıb. 1993-cü ildən Tərlan Qorçunun Marionet Teatrında kuklaçı-aktyordur.
2005-ci ildə Polşada, 2008-ci ildə Almaniyada teatr qastrollarında olub.

2003-cü ildə "Kağız" hekayəsi ilə "I Proza N" müsabiqəsinin qalibi və mükafatçısı olub (ikinci yer)

1999 – cu ilin aprelindən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

İlk mətbu əsərləri ("Vineqret-1", "Vineqret-2" və s. məqalələr) 1993-cü ildə "Kefli İsgəndər", "Tək səbir" və "Press-fakt" qəzetlərində dərc olunub.

== Mətbuatda gedən yazıları ==
* Kiçik hekayələr 1998 – "Ulduz" jurnalı № 3/4
* "Qızılgül və qoz ağacı". 1998 – "Cahan" jurnalı № 4
* "Kağız" 1998 – "Ulduz" jurnalı № 11
* "Uçan fillər" 1999 – "Ulduz" jurnalı № 4
* "Adsız çiçək" 2004 – "Qobustan" jurnalı № 3
* "Homo sapiens" 2005 – "Ulduz" jurnalı № 4
* "Mükəmməl Büdrəyiş" 2005 – "Ulduz" jurnalı № 4
* "Niftəlinin kəşfləri" 2006 – "Azərbaycan" jurnalı № 7
* "Otkrıtiya Niftali" 2007 – "Literat. Azerb." jur. № 2

== Tərcümələri ==
''Qabriel Qarsia Markes''

* "Bu günlərdən biri" 2003 – "Ulduz" jurnalı № 12
* "Üç somnambul üçün kədər" 2003 – "Ulduz" jurnalı № 12
* "Nəhəng qanadlı senyor" 2005 – "Dünya" jurnalı № 1

''Eduardo De Filippo''
* "Ruhlar" 2005 – "Azərbaycan" jurnalı № 10

''Oldos Haksli''
* Bioqrafiyası və "Esselər" 2006 – "Xəzər" jurnalı № 3

== Kitabları ==
* Hikmət Aydınoğlu: "Demokratiya labirintləri" (ruscadan) Bakı, Tutu Uşaq Nəşriyyatı, 2001, 144 səh.
* Hans Xristian Andersen: "Ole-Lukoye və başqa nağıllar". (ruscadan) Bakı. Tutu Uşaq Nəşriyyatı 2005, 28 səh.
* Haldun Taner: "Günün adamı", (türkcədən). Bakı, Yom yayınları, 2007, 76 səh. Tiraj 500.

== Tamaşalarda iştirakı ==
* "Şəngül, Şüngül, Məngül" - Pantomim Teatrı 1996 - rej: Bəxtiyar Xanızadə
* "Divin oğul dərdi" - Şəki Döv. Dram Teatrı 1997 - rej: Mirbala Səlimli
* "Randevu" - İnc. İns. "Səda" Teat.1997 - rej: Pünhan Həsənli
* "Div oğlu Div" – İrəvan Teatrı 1998 - rej: Vidadi Əliyev
* E. de Filippo "Ruhlar" – Şəki Döv. Dram Teatrı 2001 - rej: Mirbala Səlimli
* "Adsız çiçək" - Dövlət "YUĞ" Teatrı 2005 - rej: Günay Səttarova
* Jan-Batist Molyer "Xəsis" - Şəki Döv. Dram Teatrı 2008 - rej: Mirbala Səlimli
* "Xallı keçinin qisası" - Şəki Döv. Dram Teatrı 2007 - rej: Əbülfət Salahov

== İstinadlar ==
{{İstinad siyahısı}}
{{şəxs-qaralama}}

[[Kateqoriya:Azərbaycan aktyorları]]