Changes

2.202 bayt əlavə edildi ,  23:47, 19 mart 2020
Səhifəni 'Kateqoriya: İ{{Şəxs |Adı = İsmayıl Əhmədov |Piktoqram = fizika |Orijinal adı = Hacı İsmayıl Əhmədov |Şəkil...' ilə yarat
[[Kateqoriya: İ]]{{Şəxs
|Adı = İsmayıl Əhmədov
|Piktoqram = fizika
|Orijinal adı = Hacı İsmayıl Əhmədov
|Şəkil = İsmayıl Əhmədov.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi|1907||}}
|Doğum yeri = [[Şəki]]
|Vəfatı = 1986
|Vəfat yeri = [[Bakı]]
|Vətəndaşlıq =
|Elm sahəsi =
|Təhsili =
|İş yeri =
|Elmi dərəcəsi =
|Elmi vəzifəsi =
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}


'''İsmayıl Əhmədov''' — [[Qafqaz Müsəlmanları İdarəsi|Qafqaz müsəlmanlarının]] X Müftisi.

Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan olub. 1916-18-ci illərdə Şəki ibtidai məktəbində, sonra şəhər məktəbində oxuyub. 1923-30-cu illərdə mədrəsə təhsili alıb. 1941-45-ci illərdə Vətən müharibəsinin iştirakçısı olub, bir çox orden və medallarla təltif olunub.

1945-67-ci illərdə Şəki şəhər məişət kombinatında işləyən Hacı İsmayıl sonralar Bakıya köçüb və iki ilə yaxın "Hacı Əcdərbəy" məscidində (Göy məscid) mollalıq edib. 1969-cu ilin mayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl Əhmədov sədr müavini – müfti seçilir. Yüksək dini savadı omayan yeni müfti öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı.

Moizə etməyə o qədər də həvəsi omayıb, lakin xoş rəftarına görə, sünni dindarların rəğbətini qazana bilib.

Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Məkkəyə gedərək, Kəbəni ziyarət edib.

O, 1986-cı ildə vəfat edib. Onun vəfatından sonra bu vəzifə 1989-cu ilə qədər boş qalıb.

{{Qafqaz Müsəlmanları İdarəsi}}

[[Kateqoriya:Müsəlman din xadimləri]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Hacılar]]
[[Kateqoriya:Qafqaz Müsəlmanları İdarəsinin müftiləri]]