Changes

6.111 bayt əlavə edildi ,  21:54, 20 mart 2020
Səhifəni 'Kateqoriya:M{{Kino sənətçisi |Adı = Məhəmməd Bürcəliyev |Orijinal adı = |Şəkil = Məmməd Bürcəliyev.jpg |Şəkil miqyası...' ilə yarat
[[Kateqoriya:M]]{{Kino sənətçisi
|Adı = Məhəmməd Bürcəliyev
|Orijinal adı =
|Şəkil = Məmməd Bürcəliyev.jpg
|Şəkil miqyası = 200
|Şəkil məlumat = "[[Köhnə bərə (film, 1984)|Köhnə bərə]]" filmindən kadr.
|İlk adı = Məmməd İsmayıl oğlu Bürcəliyev
|Digər adları = Məhəmməd Bürcəliyev
|Doğum tarixi = {{doğum tarixi|1914|4|25}}
|Doğum yeri = [[Şəki (şəhər)|Şəki]]
|Vəfatı = {{vəfat tarixi və yaşı|1994|11|25|1914|4|25}}
|Vəfat yeri = [[Gəncə]], {{AZE}}
|Vəfat səbəbi =
|Atası =
|Anası =
|Həyat yoldaşı = [[Sədayə Mustafayeva]]
|Uşaqları = [[Anar Bürcəliyev]]
|Peşəsi = [[aktyor]]
|Milliyyəti =
|Vətəndaşlıq =
|Fəaliyyət illəri =
|İstiqamət =
|Mükafatları =
|imdb_id = 0121023
|İmzası =
|Sayt =
}}

'''Məhəmməd İsmayıl oğlu Bürcəliyev''' — Azərbaycan teatr və kino aktyoru.

== Həyatı ==
Məhəmməd Bürcəliyev [[1914]]-cü il [[25 aprel|aprel ayının 25]]-də [[Şəki şəhəri]]ndə anadan olmuşdur. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra [[1932]]-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olmuşdur. [[Sabit Rəhman]]ın dəvəti ilə [[1932]]-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. [[1932]]-[[1935]]-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. [[1935]]-ci ildən ömrünün sonunadək, yəni, [[1994]]-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır. [[1967]]-[[1968]]-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirmişdir. [[1948]]-ci ildə M.Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin "Yadigar" pyesi [[1948]]-ci ildə keçmiş [[SSRİ]]-də keçirilmiş "Müasir dramaturqların əsərlərinə baxış" festivalında 3-cü dərəcəli mükafata layiq görülmüşdür. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.

Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaratmışdır. "Od gəlini"ndə Altunbay, "Aydın"da Səlim, "Nəsrəddin şah"da Cavad xan, "1905-ci ildə"də Qubernator, "Almaz"da Şərif, "Səyavuş"da Kərşivaz, "Fərhad və Şirin"də Azər baba, "Otello"da Radriqo, "Vaqif"də İbrahim xan, "Üç qəpilik opera"da Bıcaq Mex, "III-Riçard"da Lord Xestinqs, "Odu atma, Prometey"də Kefest, "Dəli Kür"də Qoca, "Qacaq Nəbi"də Koxa Məmməd, "Qəribə dilənci"də Qeyza Qaliba və s. obrazları onun yaradicılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş etmişdir. [[Cəlil Məmmədquluzadə]]nin "Ölülər", Teymur Məmmədovun "Ürək yanarsa", Altay Məmmədovun "Həmyerlilər" və "Bəraət", [[Tofiq Mahmud]]un "Onunçular", [[Sabit Rəhman]]ın "Əliqulu evlənir", Qərib Mehdiyevin "Oxşarlar", Şəfayət Mehdiyevin "Mirzə Fətəli", [[Rəsul Həmzətov]]un "Dağlı qizi", [[Yusif Əzimzadə]]nin "Anacan", [[Abdulla Şaiq]]in "Tülkü həccə gedir" pyeslərinə quruluş vermişdir.

M.Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaratmışdır. "Dəli Kür" filmində Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam" filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir. [[1944]]-[[1945]]-ci illərdə Məmməd Bürcəliyev [[Fikrət Əmirov]] ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaratmışlar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olmuşdur. O, [[1955]]-ci ildə respublikanın əməkdar artisti, [[1958]]-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. [[1994]]-cü il [[25 noyabr|noyabr ayının 25]]-də Gəncə şəhərində vəfat etmişdir.

Respublikanın xalq artisti, qocaman teatr və kino aktyoru olan Məmməd Bürcəliyev haqqında bir cox qəzet və jurnallarda məqalələr, o cümlədən oçerklər dərc edilmişdir. Həmcinin 1998-ci ildə "Günəş" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Əsl el adamı" monoqrafiyası çap edilmişdir. ANS Televiziyası vasitəsi ilə yayımlanan "Xoşbəxt bürc altında" televiziya filmi qocaman teatr və kino aktyoru, rejissor, respublikanın xalq artisti Məmməd İsmayıl oğlu Bürcəliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə aktyorun əziz xatirəsinə həsr olunmuşdur. Televiziya filminin ssenari müəllifi və aparıcısı teatrşünas-tənqidci Anar Bürcəliyevdir.

*xalq artisti [[Sədayə Mustafayeva]]nın həyat yoldaşıdır.
*Teatrşünas-tənqidçi [[Anar Bürcəliyev]]in atasıdır.

== Filmoqrafiya ==
# [[Mən ki gözəl deyildim (film, 1968)]]-əsgər
# [[Dəli Kür (film, 1969)]]-Allahyar
# [[Firəngiz (film, 1975)]]-Sürücü
# [[Gözlə məni (film, 1980)]]-Bəy
# [[Köhnə bərə (film, 1984)]]-İbrahim
# [[Qəm pəncərəsi (film, 1986)]]-Rəşid bəy
# [[O dünyadan salam (film, 1991)]]-Hacı Baxşəli
==Xatirəsi==
Məmməd Bürcəliyevin şərəfinə [[Gəncə Dövlət Dram Teatrı]]nın yerləşdiyi köhnə Kutaisi küçəsinə onun adı verilmişdir.

[[Kateqoriya:Azərbaycan aktyorları]]
[[Kateqoriya:Azərbaycan SSR xalq artistləri]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Gəncədə vəfat edənlər]]