Changes

5.830 bayt əlavə edildi ,  21:22, 13 dekabr 2020
Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Kateqoriya:1826-cı ilədək Şəki hakimləri, xanları və s.{{Dövlət xadimi |adı = Varaz-Peroj |tam...' ilə yarat
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:1826-cı ilədək Şəki hakimləri, xanları və s.]]{{Dövlət xadimi
|adı = Varaz-Peroj
|tam adı =
|piktoqram = kral
|şəkil = KishChurch 4314.jpg
|şəklin ölçüsü =
|şəklin izahı = Varaz-Perojun bərpa etməyə çalışdığı [[Kiş kilsəsi]], 2019-cu il
|titul = Şəki knyazı
|bayraq = Rani bayrağı.gif
|dövr əvvəl = VII əsrin ortaları
|dövr son =
|sələfi =
|xələfi =
|doğum tarixi =
|doğum yeri =
|vəfat tarixi =
|vəfat yeri =
|təhsili =
|elmi dərəcəsi =
|elmi adı =
|sülalə = Aranşahi, Mehranilər
|atası = Varaz-Qriqor
|anası = Huriduxt
|həyat yoldaşı =
|uşağı = Varaz-Tiridat
|imzası =
|mükafatları =
|Commons =
}}

'''Varaz-Peroj''' – Aranşahi sülaləsindən<ref>Aranşahilər sülaləsi – “Albaniya tarixi”ndə bu sülalənin adı cəmi bir dəfə və o da Varaz-Perozun əsli-nəcabətini göstərmək üçün çəkilir (Мовсес Каланкатуаци 1985; книга I, глава XXVII, с. 62).</ref> olan knyaz<ref> “Albaniya tarixi”nin azərbaycancaya və ruscaya tərcüməsində «knyaz» sözü böyük ərazi – vilayət, yaxud mahal sahibi kimi, «Albaniya knyazı», «Albaniyanın böyük knyazı» ifadələri isə Albaniya hökmdarı kimi başa düşülməlidir. </ref>, Qafqaz Albaniyası şahzadəsi, Albaniya hökmdarlarından Varaz-Qriqorun ({{h.o.}} 628 – 652<ref>Albaniya tarixi”ndə Cavanşirin hakimiyyəti 638-ci ildən hesablansa da (bax: Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 202, 293), həm də göstərilir ki, Cavanşirin atası Varaz-Qriqor 652-ci ildə hələ Albaniya hökmdarı olaraq qalırdı və Albaniya üçün həlledici qərarlar vermək səlahiyyəti yalnız ona aid idi (bax: Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 203). </ref>) böyük oğlu, Cavanşirin ({{h.o.}} 652 – 681) böyük qardaşı, Varaz-Tiridatın ({{h.o.}} 682 – 701) isə atası; mənbələrdə qeyd edilməsə də həm də [[Şəki dövləti|Şəkinin]] knyazı olduğunu ehtimal etmək üçün ciddi əsaslar var. “''Laknar''”<ref>Laknar – “Albaniya tarixi”nin rusca 1861-ci il nəşrində bu söz «Лахнар» kimi çap edilib və aidiyyəti olan 3-cü haşiyədə sözün naməlum olması vurğulanmışdır (Мойсея Каганкатваци 1861, книга II, глава XXXII, c. 172). “Albaniya tarixi”nin rusca 1985-ci il Yerevan nəşrində isə söz «Лакнар» kimi verilsə də, haşiyədə mənası izah olunmayıb (Мовсес Каланкатуаци 1985; книга II, глава XXXII, с.: 113). “Albaniya tarixi”nin azərbaycanca 2006-ci il nəşrində bu sözün azərbaycanca qarşılığı «eşikağası» olaraq göstərilir (Moisey Kalankatuklu 2006, II kitabın XXXIV fəsli, səh.: 237). Eşikağası hökmdar saraylarındakı təsərrüfat müdirlərinin daşıdıqları tütuldur. Əgər «Laknar» sözünün azərbaycanca qarşılığı həqiqətən də «eşikağası»dırsa, onda deməli, Kiş kəndində Albaniya hökmdarlarının iqamətgahı varmış, yaxud, Albaniya hökmdarlarının yay paytaxtları Kiş kəndində imiş. </ref> titulu da daşıyırmış və ailəsi ilə birlikdə Kiş kəndində yaşamışdır.

==Haqqında daha ətraflı==

Çox güman ki iranlıların 638-ci ildə Bərdədə girov götürdükləri Mehrani xanədanının nümayəndələri arasında Varaz-Peroj da olmuşdur<ref> Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 200. Bu hadisənin 638-ci ildə baş verməsi ilə bağlı bax: II kitab, haşiyə 134 və 135, səh.: 360.</ref>. Bunun ardınca isə Varaz-Peroj qardaşı Cavanşirlə birlikdə, Bərdədə iranlılar tərəfindən girov götürülmüş atalarının azad edilməsi üçün Kürün sol sahilindən Bərdəyə müvəffəqiyyətli əks-hücum təşkil etmişdilər<ref>Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 202. </ref>.

Osman ibn Əffanın xəlifəliyi dövründə ({{h.o.}} 644 – 656) Salman ibn Rəbiənin komandanlığı altında Qafqaz Albaniyası ərazisinə daxil olan ərəblər Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə “Şəkkən” və “Kəmibəran” hökmdarları ilə vergi ödəmələri şərti ilə sülh müqavilələri bağlamışdırlar<ref>əl-Bəlazuri 2005, səh.: 113. “Albaniya tarixi”ndə bu hadisənin 651/652-ci ildə, yaxud bu tarixdən az sonra baş verdiyi göstərilir (bax: Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 202, 293 ).</ref>.

Mənbədə “Şəkkən” və “Kəmibəran” hökmdarlarının adlarını çəkməsə də, onların Albaniya şahzədələri – birincinin Varaz-Peroj, ikincisinin isə Cavanşir olduğunu ehtimal etmək üçün kifayət qədər ciddi əsaslar var.

Varaz-Peroj Kişdə V əsrin birinci yarısında kənd əhalisi tərəfindən tanrının adına tikilmiş kilsəni təmir etməyə çalışmış, lakin günbəzinin üstünü sökə bilməmişdir<ref>Moisey Kalankatuklu 2006, I kitabın XV fəsli, səh.: 52, 53. </ref>.

Albaniya katolikosu Uxtanes (katalikosluq dövrü: 671 – 683) Varaz-Perojun baba, yaxud nənələri bir olan nikahlara yol vermiş ailə üzvlərini lənətləyərək həmin nikahları pozdurmuşdur<ref>Moisey Kalankatuklu 2006, II kitabın XXXIV fəsli, səh.: 237. </ref>.


== Qeydlər və istinadlar ==
{{İstinad siyahısı}}