Changes

4.179 bayt əlavə edildi ,  18:21, 25 mart 2020
Səhifəni 'Kateqoriya:N{{Alim |Adı = Nəsib Muxtarov |Piktoqram = arxeoloq |Orijinal adı = |Şəkil = Nəsib Muxtarov.jp...' ilə yarat
[[Kateqoriya:N]]{{Alim
|Adı = Nəsib Muxtarov
|Piktoqram = arxeoloq
|Orijinal adı =
|Şəkil = Nəsib Muxtarov.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi|1951|10|3}}
|Doğum yeri = Nuxa (Şəki)
|Vəfatı = {{vəfat tarixi və yaşı|2019|1|25|1951|10|3}}
|Vəfat yeri = Şəki
|Vətəndaşlıq =
|Elm sahəsi =
|Təhsili = [[Bakı Dövlət Universiteti|Azərbaycan Dövlət Univeristeti]]nin tarix fakültəsi
|İş yeri = [[AMEA]]-nın Azərbaycan MEA [[Arxeologiya və Etnoqrafiya İnstitutu]] Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisi
|Elmi dərəcəsi =
|Elmi adı =
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}

'''Nəsib Mirsaleh oğlu Muxtarov''' — Azərbaycan arxeoloqu. Şəki rayonu [[Fazıl]] kəndi ərazisində yeraltı muzeyin yaradılmasında, şimal-qərb bölgəsində arxeoloji abidələrin mühafizəsində böyük xidmətləri olub. Azərbaycanın şimal-şərq bölgəsində aparılmış arxeoloji tədqiqatlar barədə çoxsaylı elmi məqalələrin, “Qalayeri-daş” monoqrafiyasının müəllifidir.

==Həyatı və fəaliyyəti==

Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olub. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsində əyani ali təhsil alır. Təhsilini bitirdikdən sonra Rəşid bəy Əfəndiyev adına Şəki Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində çalışıb. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir).

Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işində yaxından iştirak edib. O, 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeoloji-etnoqrafik qrupunun rəhbəri, İnstitutun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyanın rəisi olub. Onun rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiya respublikanın şimal-qərb bölgəsində tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid çoxlu sayda abidələr aşkar etmiş, bölgənin etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparmışdır.

Nəsib Muxtarov 2015-ci il aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində xüsusi diplomla təltif edilmişdir<ref>[http://azertag.az/xeber/Milli_irs_2015_mukafatinin_teqdimat_merasimi_olub-847612 Azertag.az; “Milli irs-2015” mükafatının təqdimat mərasimi olub.]</ref>

Nəsib Muxtarov uzun sürən xəstəlikdən sonra 68 yaşında 2019-cu il yanvarın 25-də Şəki şəhərində vəfat edib.



==İstinadlar==

<references/>

==Xarici keçidlər==

* [http://www.arxeologiya.az/2019.php?go=xeber8 AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, İnstitutun Şəki arxeoloji-etnoqrafik qrupunun Nəsib Mirsaleh oğlu Muxtarov vəfat edib ].

* Şəkillər: [https://www.facebook.com/ipekchi.biz/photos/pcb.257225874401605/257224304401762/?type=1&theater 1], [https://www.facebook.com/ipekchi.info/photos/pcb.257225701068289/257222997735226/?type=1&theater 2],[https://www.facebook.com/ipekchi.info/photos/pcb.257225457734980/257222987735227/?type=1&theater 3].



[[Kateqoriya:Azərbaycan arxeoloqları]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]