Changes

Səhifəni 'Kateqoriya:N{{Kino sənətçisi |Adı = Niyazi Bədəlov |Orijinal adı = Niyazi Mustafa oğlu Bədəlov |Şəkil = Niyazi Bədəlov.jpg |...' ilə yarat
[[Kateqoriya:N]]{{Kino sənətçisi
|Adı = Niyazi Bədəlov
|Orijinal adı = Niyazi Mustafa oğlu Bədəlov
|Şəkil = Niyazi Bədəlov.jpg
|Şəkil miqyası = 200
|Şəkil məlumat =
|İlk adı =
|Digər adları =
|Doğum tarixi = {{doğum tarixi|1909|7|10}}
|Doğum yeri = [[Şəki]]
|Vəfatı = {{vəfat tarixi və yaşı|1997|11|2|1909|7|10}}
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Atası =
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Peşəsi = [[Rejissor]]
|Milliyyəti =
|Vətəndaşlıq = {{AZE}}<br/>{{AzSSR}}
|Fəaliyyət illəri = [[1938]]-[[1989]]
|İstiqamət =
|Mükafatları =
|imdb_id =
|İmzası =
|Sayt =
}}

'''Niyazi Mustafa oğlu Bədəlov''' (d. [[10 iyul]] [[1909]] - ö. [[2 noyabr]] [[1997]]) — Azərbaycan sənədli filmlər rejissoru.<ref name ="Niyazi Bədəlov" />

== Həyatı ==
Niyazi Mustafa oğlu Bədəlov [[10 iyul]] [[1909]]-cu ildə Şəkidə dünyaya göz açıb.<ref name ="Niyazi Bədəlov">{{cite web |url=http://kayzen.az/blog/Azerbaycan-kinosu/19282/niyazi-b%C9%99d%C9%99lov.html |title=Niyazi Bədəlov|author=Savalan Fərəcov|date=2 sentyabr 2016 |work=«Mədəniyyət» qəzeti |publisher=[http://kayzen.az Kayzen] |accessdate=2017-11-14 |language=az}}</ref>

Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov [[1931]]-[[1936]]-cı illərdə<ref name ="Niyazi Bədəlov" /> Moskvada dünyaca məşhur [[Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu]]nda təhsil almış və ilk azərbaycanlı məzunlarından biri olmuşdur. N. Bədəlov həmçinin, böyük rus rejissoru [[Sergey Eyzenşteyn]]in tələbəsi olub.

==Fəaliyyəti==
[[1927]]-ci ildə [[Şəki]]də “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə düzəlir və ilk işlərini — “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra görkəmli rejissor H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhval-ruhiyyə yaradır.<ref name ="Niyazi Bədəlov" />

Onu da qeyd edək ki, “Sovqat” filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olur. O, bütün bacarığını sənədli filmlərin çəkilişinə həsr edir. Bəzən sənədli filmlərin çəkilişində bədii kadrlara da yer ayırır. Belə nümunələrdən biri “Məhəmməd Füzuli” (1958) sənədli filmidir. Bu film kinematoqrafçılarda Füzulinin poetik irsinə dərin maraq yaradır.<ref name ="Niyazi Bədəlov" />

N.Bədəlov həmçinin, 30-cu illərin sonunda Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. [[1941]]-ci ilin əvvəllərində “Böyük həyat”, “Tüfəngli adam”, “Oyanmış torpaq” və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.<ref name ="Niyazi Bədəlov" />

N.Bədəlov gözlənilmədən kinematoqrafiyadan ayrılır və [[1944]]-cü ilin fevral ayında [[Salyan]] şəhərinə ezam olunur. Burada Salyan Dövlət Dram Teatrını təşkil edir və teatrın bədii rəhbəri işləyir. Bir müddət sonra yenidən kinoya qayıdır.<ref name ="Niyazi Bədəlov" />

Görkəmli sənətkar ümumilikdə 40-a qədər sənədli film, “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib. Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub.<ref name ="Niyazi Bədəlov" />

Rejissor Azərbaycan kinosuna "Övladlarım", "Xəzərin üzərindən körpü", "Azərbaycan aşıqları", "Onun adı Serafino idi" və bir çox başqa filmləri bəxş edib.<ref>{{Sayt Mənbə|title=Niyazi Bədəlovun 100 illik yubileyi|work=Baku-Art.az|url=http://az.baku-art.com/index.php?newsid=261}}</ref>

== Filmoqrafiya ==

'''''Rejissor kimi'''''
#[[Azərbaycan aşıqları (film, 1938)]] (qısametrajlı sənədli film)
#[[Komsomol nəsli (film, 1938)]] (qısametrajlı sənədli film)
#[[Sovet gimnastları (film, 1938)]] (qısametrajlı sənədli film)
#[[Biz Bakını müdafiə edirik (film, 1942)]] (qısametrajlı sənədli film)
#[[Sovqat (film, 1942)]] (qısametrajlı bədii film)
#[[General Həzi Aslanov (film, 1945)]] (qısametrajlı sənədli film)
#[[Bakıda tikinti (film, 1946)]] (sənədli film)
#[[Dağlıq Qarabağ (film, 1948)]] (qısametrajlı sənədli film)
#[[Yeni kənd (film, 1948)]] (qısametrajlı sənədli film)
#[[Məhəmməd Füzuli (film, 1958)]] (qısametrajlı sənədli film)
#[[İlk müjdələr (film, 1960)]] (qısametrajlı sənədli film)
#[[Yeddiilliyin adamları və illəri (film, 1960)]] (qısametrajlı sənədli film)
#[[Bizim mayaklar (film, 1961)]] (qısametrajlı sənədli film)
#[[150 il. Mirzə Fətəli Axundov (film, 1962)]] (qısametrajlı sənədli film)
#[[Sənin tərcümeyi-halın (film, 1963)]] (qısametrajlı sənədli film)
#[[Dostluq yolu ilə (film, 1964)]] (qısametrajlı sənədli film)
#[[Dostluq məşəli (film, 1965)]] (qısametrajlı sənədli film)
#[[Kirov Azərbaycanda (film, 1966)]] (qısametrajlı sənədli film)
#[[Hanı mənim övladlarım? (film, 1967)]] (tammetrajlı sənədli film)
#[[Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)]] (qısametrajlı sənədli film)
#[[Xalq şairi Səməd Vurğun (film, 1969)]] (qısametrajlı sənədli film)
#[[Lenin bizimlədir (film, 1970)]] (qısametrajlı sənədli film)
#[[Dağlarda ada (film, 1971)]] (qısametrajlı sənədli film)
#[[Dostluq telləri (film, 1971)]] (qısametrajlı sənədli film)
#[[Əli Bayramlı (film, 1971)(I)]] (qısametrajlı sənədli film)
#[[Bizim katib (film, 1972)]] (qısametrajlı sənədli film)
#[[Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973)]] (qısametrajlı sənədli film)
#[[Onun adı Serafino idi (film, 1974)]] (qısametrajlı sənədli film)
#[[Şərəfli yol (film, 1974)]] (qısametrajlı sənədli film)
#[[Şəki heyvandarlıq kompleksi (film, 1975)]] (qısametrajlı sənədli film)
#[[Üzüm tənəyinin xəstəlikləri (film, 1975)]] (qısametrajlı sənədli film)
#[[Üç qardaş (film, 1976)]] (qısametrajlı sənədli film)
#[[Estafet (film, 1982)]] (qısametrajlı sənədli film)
#[[Əbədi iz (film, 1985)]] (qısametrajlı sənədli film)
#[[Xəzər üzərində körpü (film, 1988)]] (qısametrajlı sənədli film)

'''''Azərbaycan dilinə dublyajın rejissoru kimi'''''
#[[Bakılılar (film, 1938)]] (tammetrajlı bədii film)

'''''Ssenari müəllifi kimi'''''
#[[Komsomol nəsli (film, 1938)]] (qısametrajlı sənədli film)
#[[Sovet gimnastları (film, 1938)]] (qısametrajlı sənədli film)
#[[General Həzi Aslanov (film, 1945)]] (qısametrajlı sənədli film)
#[[Dağlıq Qarabağ (film, 1948)]] (qısametrajlı sənədli film)
#[[Məhəmməd Füzuli (film, 1958)]] (qısametrajlı sənədli film)
#[[İlk müjdələr (film, 1960)]] (qısametrajlı sənədli film)
#[[Yeddiilliyin adamları və illəri (film, 1960)]] (qısametrajlı sənədli film)
#[[Bizim mayaklar (film, 1961)]] (qısametrajlı sənədli film)
#[[Dostluq yolu ilə (film, 1964)]] (qısametrajlı sənədli film)
#[[Kirov Azərbaycanda (film, 1966)]] (qısametrajlı sənədli film)
#[[Hanı mənim övladlarım? (film, 1967)]] (tammetrajlı sənədli film)
#[[Azərbaycan pedaqoji institutu-50 (film, 1973)]] (qısametrajlı sənədli film)
#[[Burada başlanmışdır (film, 1974)]] (qısametrajlı sənədli film)
#[[Estafet (film, 1982)]] (qısametrajlı sənədli film)
#[[Əbədi iz (film, 1985)]] (qısametrajlı sənədli film)

'''''İkinci rejissor kimi'''''
#[[Ordenli Azərbaycan (film, 1938)]] (qısametrajlı sənədli film)

'''''Rejissor assistenti kimi'''''
#[[Xəzər dənizçiləri (film, 1944)]] (tammetrajlı sənədli film)

'''''Bədii rəhbər kimi'''''
#[[Uzunömürlülər (film, 1977)]] (qısametrajlı sənədli film)

'''''Aktyor kimi'''''
#[[Əlaqə (film, 1989)]] (tammetrajlı bədii film)(rol: qoca)

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Mənbə ==
* Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. [[Sergey Yutkeviç|С. И. Юткевич]]; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
* Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
* Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 95.
* Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

[[Kateqoriya:Azərbaycan kinorejissorları]]
[[Kateqoriya:Azərbaycan aktyorları]]
[[Kateqoriya:Ssenari müəllifləri]]
[[Kateqoriya:ÜDKİ məzunları]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]